Orbanın çıxışına görə müşaviri İSTEFA VERDİ
Macarıstan Baş naziri Viktor Orbanın ən yaşlı və uzun müddət məsləhətçilərindən biri olan Zsuzsa Hegedüs Baş nazirin sosial inteqrasiyadan məsul nümayəndəsi vəzifəsindən istefa verib.
KONKRET.azxəbər verir ki, bu barədə "hvg.hu" saytı məlumat yayıb.
Saytın məlumatına görə, Baş nazirin müşaviri ona məktub ünvanlayıb.
"Belə utancverici mövqeyinizə görə mən münasibətlərimizi dayandırmağa təəssüflənirəm, siz qeyri-liberal yol seçdikdən sonra vəziyyət mənim üçün getdikcə çətinləşsə də, qısa müddət üçün buna dayanmaq mümkün görünürdü. Ancaq inandığım əsas dəyərlərə zidd olan bir çıxışdan sonra mənim başqa seçimim qalmadı: mənim tam azadlığımı heç vaxt məhdudlaşdırmamağınıza baxmayaraq, sizin məlum çıxışınızdan sonra indi mən sizinlə açıq şəkildə əlaqəni kəsmək məcburiyyətindəyəm.
Əvvəlki antimiqrant və antiAvropaçılığınızı Göbbelsə layiq saf nasist nitqinə çevirdiyinizi necə hiss etmədiniz, mən bunu anlamıram", – Orbanın müşaviri məktubunda bildirib.
Xatırladaq ki, Viktor Orbanın Tusnadfürdoda tələbə düşərgəsindəki çıxışı kəskin etirazlara səbəb olub.
"Karpat hövzəsində biz qarışıq irqdən deyilik, öz Avropa evimizdə yaşayan xalqların qarışığıyıq. Biz bir-birimizə qarışmağa hazırıq, lakin biz qarışıq irq olmaq istəmirik", – Baş nazir çıxışında deyib.//APA

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?