Ordumuz bu tarixdə Xankəndiyə daxil olacaq - Yeni əməliyyat başlayır

Ordumuz bu tarixdə Xankəndiyə daxil olacaq - Yeni əməliyyat başlayırRusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki erməni separatçıları Bakının təslim olmaq tələbini qəbul etmək niyyətində deyil. Xankəndidən gələn xəbərlərdə separatçıların təxribat hazırlığında olduğu deyilir. Belə məqamda Azərbaycanın hansı addımlar atacağı maraq doğurur.
Bəzi ekspertlərin fikrincə, separatçı qrupun "dirənişinə" Azərbaycan Ordusu anti-terror əməliyyatı ilə cavab verəcək. Hətta yeni hərbi əməliyyatda hədəfin Xankəndi şəhəri olduğu bildirilir.
KONKRET.az xəbər verir ki, Politoloq Qabil Hüseynli  Azərbaycan Ordusu əməliyyatlar vasitəsi ilə Xankəndini separatçılardan təmizləməyi hədəflədiyini söyləyib.
Ordumuz bu tarixdə Xankəndiyə daxil olacaq - Yeni əməliyyat başlayır"Antiterror əməliyyatının başlama vaxtını dəqiq göstərmək mümkün deyil. Çünki proseslər çox mürəkkəbləşib. Lakin söyləmək olar ki, Azərbaycanın öz ərazisində suveren hüquqlarını təmin etmək üçün hərəkətə keçəcəyi istisna deyil. Məncə, əməliyyatların hədəfi Xankəndi olacaq. Yəni ordumuz Xankəndidəki separatçıları zərərsizləşdirərək, mülki əhalini onlardan azad edəcək",- sabiq dövlət müşaviri vurğulayıb.
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Brüssel, Moskva, Vaşinqton və Praqada keçirilən görüşlərdə əldə olunan razılaşmaların icra olunmaması birbaşa olaraq Ermənistanın məsuliyyətsizliyindən irəli gəlir:"Ermənistan 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmədiyi kimi, bu görüşlərin də nəticələrinə əməl etmir. Qeyd etmək lazımdır ki, tək Ermənistan deyil, Rusiya və Fransa da razılaşmaların icra olunmasına mane olmağa çalışır. Mən bunu aylar öncə də demişdim, indi də təkrar edirəm ki, 44 günlük müharibə ilə BMT-nin qətnaməsini yerinə yetirdiyimiz kimi, Silahlı Qüvvələrimizin hesabına Qarabağdan separatçılar təmizlənəcək. Buna heç kimin şübhəsi olmasın".
Ordumuz bu tarixdə Xankəndiyə daxil olacaq - Yeni əməliyyat başlayırÜ.Cəfərovun fikrincə, bir, ya da iki aya yeni əməliyyatlar başlaya bilər:
"Lakin antiterror əməliyyatlarının başlama vaxtına yalnız Prezident İlham Əliyev qərar verəcək. Bu əməliyyatların keçirilməsi qaçılmazdır. Onu deyə bilərəm ki, təxminən 1-2 aya, yəni payız fəslində hərbi əməliyyatlar başlaya bilər. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla bütün rəsmiləri, o cümlədən Rusiya tərəfi prosesi normal məcraya yönəltmək əvəzinə vəziyyəti daha da gərginləşdirir. Bu səbəblərə görə antiterror əməliyyatları başlayacaq və bir neçə gün çəkəcək. Yəni qısamüddətli olacaq. Nəticədə separatçılar çox ciddi itkilər verəcək və bundan sonra reallıqları qəbul edəcəklər".//modern.az

Siyasi       Tarix: 24 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber az meherremlik 2026 sou xeberler bugun son xeberler az