Orqanizmə daha çox xeyir verən məhsullar ən allergik olanlar imiş - SİYAHI

Orqanizmə daha çox xeyir verən məhsullar ən allergik olanlar imiş - SİYAHIOrqanizmə daha çox xeyir verən məhsullar ən allergik olanlar imiş - SİYAHI
Qida allergiyası çox vaxt uşaqlıqda başlayır və həyat boyu davam edir. Bu, qusma, qaşınma, başgicəllənmə, öskürək, boğazda şişkinlik, nəfəs darlığı, astma tutması və s. müxtəlif simptomlarla müşahidə olunur.
Bu barədə rusiyalı yüksək kateqoriyalı terapevt Svetlana Yakuşkina allergiya yaradan məhsullar barədə danışarkən bildirib.
Onun sözlərinə görə, ən təhlükəli allergik reaksiya anafilaktik şokdur (qan təzyiqinin düşməsi və huşun itirilməsi) - təcili tibbi müdaxilənin göstərilməməsi ölümlə nəticələnə bilər.
Allergen məhsullara gəlincə isə ekspert onların ağırlıq dərəcələrinə görə üç qrupa - güclü, orta və zəif təsir edənlərə bölündüyünü vurğulayıb.
"Ən güclü allergenlər bunlardır: inək südü və tərkibində 20-yə yaxın zülal olan süd məhsulları; balıq və dəniz məhsulları, yumurta", - deyə mütəxəssis bildirib.
O, həmçinin qeyd edib ki, bəzi peyvəndlər toyuq zülalı əsasında hazırlanır və zülala qarşı allergiya varsa vaksinasiya zamanı həkimə xəbərdarlıq etmək lazımdır.
Həkim termik işlənmənin (bişmə) bəzi məhsulların allergenliyini azaltdığını vurğulayıb.
Güclü allergenlərə həmçinin qoz-fındıq, göbələk, bal, toyuq əti, sitrus meyvələri, üzüm, nar, tropik meyvələr, qırmızı giləmeyvə, çiyələk, moruq, sarı və qırmızı tərəvəzlər (yerkökü, pomidor, çuğundur), şokolad, qəhvə, kakao, taxıl məhsulları, xüsusən də buğda və çovdar (qlüten) aid edilib. 
"İstənilən məhsul allergen ola bilər, lakin hər kəsdə allergiya olmur. Bədənin reaksiyası məhsulun allergenlik dərəcəsindən, immunitet sisteminin vəziyyətindən və irsi meyilindən asılıdır", - deyə Yakuşkina qeyd edib.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 22 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az son xeberler valyuta mezennesi banklar xəbərlər