Alman parlamentarilər Putinin adamları ilə Bakıda gizli görüşlər keçirdi – ARAŞDIRMA

Alman parlamentarilər Putinin adamları ilə Bakıda gizli görüşlər keçirdi – ARAŞDIRMAAlmaniyanın bəzi Bundestaq deputatları Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra da Kreml nümayəndələri ilə təmaslarını davam etdiriblər. Alman KİV-lərinin apardığı jurnalist araşdırmalarına əsasən, bu görüşlərdən bir neçəsi Azərbaycanın paytaxtı Bakıda baş tutub.
KONKRET.az xəbər verir ki, araşdırmalarda deyilir ki, görüşlərdə iştirak edən alman deputatlar və siyasətçilər əvvəllər "Peterburq Dialoqu" adlanan və Rusiya ilə Almaniya arasında əməkdaşlıq platforması olmuş formatın üzvləri olublar. Bu format müharibənin başlanmasından sonra ləğv edilsə də, təmaslar qeyri-rəsmi şəkildə davam etdirilib.
Alman parlamentarilər Putinin adamları ilə Bakıda gizli görüşlər keçirdi – ARAŞDIRMAİlk gizli görüş 2024-cü ilin aprelində Bakıda "Four Seasons" otelində keçirilib. Görüşdə Almaniyanın keçmiş siyasətçiləri – Sosial Demokrat Partiyasından keçmiş Brandenburq baş naziri Mattias Platzek, Xristian Demokrat İttifaqından keçmiş kansler administrasiyasının rəhbəri Ronald Pofalla, "Peterburq Dialoqu"nun sabiq icraçı direktoru Martin Hoffman iştirak ediblər. Həmin ilin oktyabrında keçirilən ikinci görüşə sabiq CDU rəhbəri Armin Laşet də dəvət olunsa da, o, Bakıya gəlməyib.
Üçüncü belə görüş 2025-ci ilin aprelində Bakıda keçirilib. Bu dəfə görüşdə Sosial Demokrat Partiyasından olan Bundestaq üzvü, Almaniya parlamentinin kəşfiyyat xidmətlərinə nəzarət komitəsinin üzvü Ralf Şteqner də iştirak edib. Onu Ronald Pofalla, Mattias Platzek, keçmiş Şimali Reyn Vestfaliya naziri Ştefan Holthoфф-Pfertner və Martin Hoffman müşayiət edib.
Rusiya tərəfindən görüşdə baş nazir olmuş, "Qazprom"un müşahidə şurasının sədri və "Peterburq Dialoqu"nun Rusiya tərəfdən həmsədri Viktor Zubkov iştirak edib. Onunla birlikdə, Putin administrasiyası yanında İnsan Hüquqları Şurasının rəhbəri, Avropa İttifaqının sanksiyalar siyahısında olan Valeri Fadeev də Bakıya gəlib.
Alman parlamentarilər Putinin adamları ilə Bakıda gizli görüşlər keçirdi – ARAŞDIRMAFadeev barədə Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Sabine Fiçer bildirib ki, o, "Putinin imperialist rejiminin nominal lideridir" və sərt mövqeyi ilə seçilir.
Görüşlərin əsas məqsədinin "Peterburq Dialoqu"nun gələcək taleyini müzakirə etmək olduğu ehtimal olunur. Xatırladaq ki, bu platforma 2001-ci ildə Vladimir Putin və Gerhard Şröderin təşəbbüsü ilə yaradılmışdı və uzun illər Almaniya-Rusiya münasibətlərinin inkişafında mühüm rol oynamışdı.
Görüş iştirakçıları mətbuata açıqlamalarında tədbirin "özəl xarakter daşıdığını", dövlət tərəfindən təşkil olunmadığını və maliyyələşdirilmədiyini iddia ediblər. Ralf Şteqner, Bakıya səfərini şəxsi məsələ kimi dəyərləndirib və bu barədə ictimaiyyətə açıqlama verməkdən imtina edib.
Alman parlamentarilər Putinin adamları ilə Bakıda gizli görüşlər keçirdi – ARAŞDIRMALakin görüşdə iştirak edənlərdən biri də — İsveçrə hökumətinin maliyyələşdirdiyi Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri, ATƏT-in sabiq baş katibi Tomas Greminger olub. O da şərh verməkdən imtina edib.
Qeyd edək ki, Almaniyanın sabiq baş naziri Mattias Platzek 2022-ci ilin sonlarından etibarən Rusiyaya doqquz dəfə səfər etdiyini "Tagesspiegel"ə təsdiqləyib, lakin görüşlərin detalları barədə məlumat verməyib.
Mənbə:
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 22 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta məzənnələri sonxəbər cəbhədən xəbər en sonxeber