Markov rus blogerlərin tənqidinə Şuşadan cavab verdi: "Onlar Rusiyanın düşmənlərinə işləyir"

Markov rus blogerlərin tənqidinə Şuşadan cavab verdi: Rusiyalı politoloq Sergey Markov Şuşada keçirilən III Qlobal Media Forumunda iştirakı ilə bağlı bəzi rusiyalı Z-blogerlərin tənqidlərinə sərt cavab verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu ittihamlar əsasızdır və arxasında ya məlumatsızlıq, ya da qəsd dayanır.
Markov deyib: "Mənə çatan məlumatlara görə, bir neçə marjinal şəxs məni tənqid edir. Bu, məni özüm haqqında bəzi şeyləri açıq deməyə vadar edir. Mən 26 ildir ki, prezident Vladimir Putinin tərəfdarıyam, hər zaman Rusiyanın və rus xalqının yanında olmuşam. Mən Putinin tək tərəfdarı deyiləm, eyni zamanda onun mövqeyini ən açıq və təsirli şəkildə müdafiə edənlərdən biriyəm".
Politoloq vurğulayıb ki, onun bu mövqeyi Qərbdə birmənalı qarşılanmayıb və o, dəfələrlə sanksiyalara məruz qalıb: "Beynəlxalq forumlarda Rusiyanın maraqlarını elə açıq və sərt müdafiə edirəm ki, bəzi NATO nümayəndələri buna dözə bilməyib zaldan qaçır. Hətta efirdə aparıcı da studiyanı tərk etmişdi. Bu, Rusiyanın və Putinin haqlılığını sübut edən dəmir məntiqimi qəbul edə bilmədikləri üçündür".
Markov həmçinin bildirib ki, Qərb dövlətləri Rusiya nümayəndələrinin beynəlxalq forumlarda iştirakını əngəlləməyə çalışır: "Onlar istəyirlər ki, Rusiya səsini dünyada eşidilməsin. Ona görə də bəzi şəxslərin daxildən bu səylərə dəstək verməsi təəssüf doğurur. Rusiyaya qarşı olanlara kömək etməyin! Bizə işləməyə imkan verin".
O, Z-blogerlərə səslənərək əlavə edib: "Əgər nə düşünəcəyinizi, nə danışacağınızı bilmirsinizsə, sadəcə Putinin, Lavrovun və Peskovun dediklərini oxuyun – və elə düşünün. Kim məni sərt tənqid edirsə, ya düşüncəsizdir, ya bilərəkdən, ya da pulla Rusiyanın və Putinin düşmənlərinə xidmət edir".
Xatırladaq ki, Markovun Şuşa forumunda iştirakı Rusiya daxilində bəzi qruplar tərəfindən "anti-patriotik" addım kimi qiymətləndirilmişdi.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 22 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 sonxəbər sonxabar az son xeberler 2026