Şuşa Qlobal Media Forumu regional və qlobal səviyyədə mühüm tezislərlə yadda qaldı

Şuşa Qlobal Media Forumu regional və qlobal səviyyədə mühüm tezislərlə yadda qaldıBu gün AzTV-də yayımlanan "Hədəf" verilişinin qonağı olan politoloq İlyas Hüseynov bildirib ki, artıq ənənə halını alan 3-cü Şuşa Qlobal Media Forumu həm nəticələri, həm də gündəmə gətirdiyi məsələlərlə geniş müzakirələrə səbəb olub.
azxeber.com xəbər verir ki, politoloqun sözlərinə görə, forumda səsləndirilən fikirlər və irəli sürülən tezislər təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyır:
"Forumun mühüm cəhətlərindən biri də odur ki, jurnalistlər cənab Prezidentə birbaşa sual vermək imkanı əldə edirlər. Eyni zamanda, ötən bir il ərzində həm Cənubi Qafqazda, həm də daha geniş coğrafiyada baş verən proseslər müzakirə mövzusu olur. Xüsusilə Ermənistan-Azərbaycan sülh prosesi və Əbu Dabi görüşündən sonrakı mərhələ diqqət mərkəzində idi".
İlyas Hüseynov Əbu Dabi görüşünün önəmini vurğulayaraq bildirib ki, həm nümayəndə heyətləri arasında, həm də liderlər arasında təkbətək görüşlər baş tutub.
"Əsas diqqətçəkən məqam liderlərin təkbətək görüşü və burada müzakirə olunan məsələlərdir. Cənab Prezident də çıxışında bu görüşə toxunaraq qeyd etdi ki, ictimaiyyətlər arasında inamın azlığı sülhə mənfi təsir göstərir. Bu da başadüşüləndir. Müharibələrdən sonra sülhə dair yetkin və təmkinli yanaşma formalaşmalıdır və bu da qarşılıqlı etimada əsaslanmalıdır".
Politoloqun fikrincə, sülh prosesində ikitərəfli format daha səmərəli və dayanıqlıdır:
"Əgər Sülh Müqaviləsinin maddələri ikitərəfli formatda razılaşdırılıb paraflanarsa və Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirərsə, bu, Ermənistan daxilində sülhə mane olan qüvvələrin neytrallaşdırılmasına zəmin yaradacaq".
O, əlavə edib ki, Azərbaycan heç bir beynəlxalq zəmanət mexanizminə ehtiyac duymur:
"Hər hansı dövlətin zəmanətçi kimi prosesə qoşulması onun Cənubi Qafqazda maraqlarının təmini anlamına gəlir. Bizə ATƏT-in Minsk Qrupu kimi səmərəsiz, nəticəsiz formatlar lazım deyil".
İlyas Hüseynov qeyd edib ki, Əbu Dabi görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən yayılan press-relizlərdə fikir uyğunluğu müşahidə olunur:
"Bu, çox önəmlidir. Çünki əvvəllər bu cür yanaşma müşahidə olunmurdu. Ermənistan rəhbərliyi isə ictimaiyyətə yanlış təsəvvürlər təqdim etməyə çalışırdı. Halbuki danışıqlar reallığı tam fərqli idi".
Politoloq vurğulayıb ki, fundamental məsələlər – o cümlədən Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi və Minsk Qrupunun fəaliyyətinə son qoyulması – sülh üçün zəruri şərtlərdir:
"Əgər Ermənistan bu addımları atmırsa, bu, onun sülhdə maraqlı olmadığını göstərir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu məsələlər dəmir-beton hüquqi baza ilə təsbit olunmalıdır ki, gələcəkdə revanşizm meyillərinə son qoyulsun".
Sonda İlyas Hüseynov qeyd edib ki, sülhün möhkəmləndirilməsi, hüquqi zəminə oturdulması gələcək nəsillər üçün sabitlik və təhlükəsizlik təmin edəcək:
"Cənab Prezident konfliktin fəlsəfəsini və həll yollarını ortaya qoyaraq bu məsuliyyəti öz üzərinə götürüb. Bu gün isə sülhün dayanıqlı şəkildə təmin olunması zəruridir və bunu Azərbaycan xalqı milli liderinin rəhbərliyi ilə həyata keçirməlidir".
Oksana Orucova

Siyasi       Tarix: 22 iyul 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 sonxəbər sonxabar az son xeberler 2026