Camilla Ruslan Əhmədoğlunun sonuncu bəstəsini ifa etdi : "Boş Yerə"
Müğənni Camilla mərhum tanınmış bəstəkar Ruslan Əhmədoğlunun ölümündən öncə yazdığı son bəstəsini ifa edib.
azxeber.com xəbər verir ki, ifaçı bəstəkarın müəllifi olduğu "Boş yerə" adlı mahnıya ekran həyatı da verib.
Yeni mahnısı haqda danışan müğənni bəstənin onun üçün çox qiymətli olduğunu deyib:
"Bu mahnı mənə bir ömür onun ölümünü xatırladacaq. Amma onun xatirəsi əbədi bu mahnılarda yaşayacaq. O da istəyirdi ki, bəstələri yaşasın. Dillərdə əzbər olsun, sevilsin. Ruslanın bir çox mahnıları yarımcıq qaldı. Nə xoş ki, mənə də Ruslan Əhmədoğlunun ürəyindən gələn sözlərlə bəstələnən mahnıları oxumaq qismət olub".
Bundan başqa Camilla bildirib ki, mərhumun sözügedən son bəstəsinə çəkilən klip öz ad gününə özəl olaraq təqdim olunmalı idi. Lakin bəstəkarın ölümündən sonra mahnının təqdimatı təxirə salındı.
Camillanın sözlərinə görə o, R.Əhmədoğlunun "Boş yerə" adlı son bəstəsini dostları, ailəsi və sevənlərinin istəklərini nəzərə alaraq təqdim edib.
Qeyd edək ki, klip Qaradağda çəkilib. Çəkiliş meydançaaında xüsusi dekor qurulub.
Müğənninin yeni işi bütün musiqi platformalarında, klip isə sənətçinin rəsmi "Youtube" kanalında nümayış olunur.

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür