"Oruc Rəis"lə bağlı açıqlaması SONUNU GƏTİRDİ: Yunanıstanda İSTEFA ŞOKU
Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin milli təhlükəsizlik müşaviri Aleksandros Diakopulos "Oruc Rəis"lə bağlı verdiyi açıqlamanın ardınca istefa verib.
Publika.az xəbər verir ki, Diakopulos açıqlamasında, "Oruc Rəis"in Yunanıstanın kontinental şelfində araşdırma apardığını və bölgəni izlədiyini, bundan da hökumətin narahat olduğunu bildirib:
"Belə bir niyyətim olmasa da, dünən verdiyim açıqlama çaşqınlıq yaratdı. Bu, Baş nazir və hökumət üçün problem oldu. Məsuliyyəti üzərimə götürərək istefa verirəm".
Yunan dövlət agentliyi "ANA" A.Diakopulosun istefasının Baş nazir tərəfindən qəbul edildiyini yazıb.
Dünən mətbuata verdiyi açıqlamada A.Diakopulos ""Oruç Rəis" araşdırmalarını Yunan kontinental şelfində davam etdirdi və bölgəni qeyd etdi" dedi.
Qeyd edək ki, Yunan hökuməti "Oruc Rəis"in araşdırma aparmaq istədiyini, ancaq bunun baş tutmadığını açıqlamışdı. Diakopulos isə açıqlaması isə hökumətin dediklərini təkzib edib.
Akqabay
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək