Orxanın konsert biletləri tükəndi, ikinci gün əlavə etdi
Reper Orxan Zeynallının 14 maya planlaşdırılan konsertinin bütün biletləri tükənib.
azxeber.com xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb. O, çoxsaylı istəkləri nəzərə alaraq konsertinə ikinci gün də əlavə edib.
"Karyeramın heç bir dönəmində böyük vədlər verməmişəm. İstər 200 nəfərlik, istərsə də, 6000-lik konsertlərimdən öncə sakitcə işimizə köklənib hazırlaşmışıq. Zənnimcə, sənətdə 2 fərqli tip olur: danışan və iş görən. Çox nadir hallarda bu iki cəhət eyni adamda ras gəlinir. 6 ay sonra yenidən konsert etməkdə bir neçə məqsəd var idi ki, vaxtı çatanda hər kəsə məlum olacaq. 14 may biletləri 5 günə bitdiyi üçün 15 may da konsert etmək qərarına gəldik. Bu tarixlər üçün nə hazırladığımızı özümüz yaxşı bilirik və əminik ki, ora ayaq basan hər kəs ilk saniyədən bizlə eyni dalğada olacaq. Var olun!".
Qeyd edək ki, konsert Elektra Events Hallda keçiriləcək.
Onu da bildirək ki, Orxan ötən ilin noyabrında da ikigünlük konsert vermişdi.


Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi