"Oskar" mükafatına namizədlər açıqlandı
"Oskar" mükafatına namizədlər açıqlandı
ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatına namizədləri elan edib.
Nominasiyaların sayında lider 11 mükafata iddialı "Hər şey hər yerdə və dərhal" filmi olub.
"Ən yaxşı film" nominasiyası üzrə "Qərb cəbhəsində dəyişiklik yoxdur", "Avatar: Su yolu", "İnişerin banşiləri", "Elvis", "Hər şey hər yerdə və dərhal", "Fabelmanlar", "Tar", "Top Qan: Meverik", "Kədər üçbucağı", "Qadınlar deyir" ekran əsərləri irəli sürülüb.
"Ən yaxşı rejjissor" adı uğrunda Martin MakDona ("İnişerin banşiləri"), Den Kvan və Deniel Şaynert ("Hər şey hər yerdə və dərhal"), Stiven Spilberq ("Fabelmanlar"), Todd Fild ("Tar") və Ruben Estlund ("Kədər üçbucağı") mübarizə aparacaqlar.
Ostin Batler ("Elvis"), Kolin Farrell ("İnişerin banşiləri"), Brendan Freyzer ("Balina"), Pol Meskal ("Mənim Günəşim"), Bill Nayi ("Yaşamaq") 2022-ci ilin ən yaxşı aktyoru, Keyt Blanşett ("Tar"), Ana de Armas ("Sarışın"), Andrea Raysboro ("Leslinin xatirinə"), Mişel Uilyams ("Fabelmanlar"), Mişel Yeo ("Hər şey hər yerdə və dərhal") isə ötən ilin ən yaxşı aktrisası ola bilərlər.
Maraqlıdır ki, "Ən yaxşı sənədli film" nominasiyasında namizədlər siyahısına Daniel Roerin rusiyalı müxalifət lideri Aleksey Navalnı haqqında "HBO Max" və "CNN Films" üçün çəkdiyi "Navalnı" filmi daxil edilib.
Qaliblər martın 12-də Los Ancelesdəki "Dolby Cinema"da keçiriləcək 95-ci "Oskar" mərasimi zamanı elan olunacaq. Mükafat üçüncü dəfə amerikalı komediyaçı və teleaparıcı Cimmi Kimmel tərəfindən veriləcək.
Mənbə: forbes.ru / oxu.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu