Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub2023-cü il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair məlumatı açıqlanıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33890,5 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1684,3 mln. manat artıq icra olunaraq 35574,8 mln. manat təşkil edib. Bu 2022-ci illə müqayisədə 4895,2 mln. manat və ya 16,0 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 49,0 faizini təşkil etməklə (proqnoza nisbətən 1,3 faiz-bənd çox, 2022-ci illə müqayisədə isə 1,0 faiz-bənd az) 17418,4 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1267,6 mln. manat (7,8 faiz), 2022-ci illə müqayisədə isə 2068,4 mln. manat və ya 13,5 faiz çoxdur.
Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 45,3 faizi həcmində və ya 16126,7 mln. manat vəsait daxil olub. Bu da proqnoza nisbətən 1139,7 mln. manat və ya 7,6 faiz, 2022-ci illə müqayisədə isə 583,7 mln. manat və ya 3,8 faiz çoxdur.
Həmin vəsaitin 60,2 faizi və ya 9707,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 722,9 mln. manat və ya 8,0 faiz, 2022-ci illə müqayisədə isə 1571,5 mln. manat və ya 19,3 faiz çox olub.
Neft-qaz sektoru üzrə dövlət büdcəsinə təmin edilmiş vergi daxilolmaları 6418,8 mln. manat təşkil edib.Proqnoza nisbətən 416,8 mln. manat və ya 6,9 faiz çox göstəricidir.
Gömrük rüsumları və Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 17,8 faizi həcmində və ya 6337,8 mln. manat vəsait daxil olub. Bu göstərici proqnoza nisbətən 609,8 mln. manat və ya 10,6 faiz, 2022-ci illə müqayisədə isə 683,2 mln. manat və ya 12,1 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11737,6 mln. manat və ya ümumi gəlirlərin 33,0 faizi həcmində vəsait daxil olub.
Dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 31,3 mln. manat və ya ümumi gəlirlərin 0,1 faizi həcmində vəsait təmin olunub. Bu da proqnoza nisbətən 6,3 mln. manat və 25,2 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar ümumi gəlirlərin 2,3 faizi həcmində olmaqla 822,9 mln. manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 18,8 mln. manat və ya 2,3 faiz çoxdur.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə ümumi gəlirlərin 1,4 faizi həcmində və ya 495,9 mln. manat vəsait təmin olunub. Bu da proqnoza nisbətən 37,3 mln. manat və ya 7,0 faiz azdır.
Məqsədli büdcə fondlarının (Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 22,6 mln. manat təşkil etmişdir. / konkret.az

Sosial       Tarix: 22 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler az sonxeberler