Oturaq işin zərərlərini necə azaltmaq olar?
"Oturaq vəziyyət insan pozasının fizioloji tələbat baxımından ən qeyri-funksionalıdır".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bunu "Sputnik" radiosuna müsahibəsində kardioloq Vladimir Xoroşev deyib.
"İnsan ayaqüstə olarkən və ya uzanarkən onun arteriyaları düz vəziyyətdə qalır. Oturarkən isə damarlar daralır və arterial qanın axını kəskin azalmağa başlayır. Bu, çox pis haldır. Qan axışının yavaşlaması həmin arteriyalarda aterosklerotik dəyişikliyin artmasına səbəb ola bilər. Bu isə çox ağır fəsadlara - aşağı ətraflarda arterial yolların zədələnməsinə yol aça bilər. Təəssüf ki, bunun müalicəsi də çox bahadır", - kardioloq bildirib.
Oturaq işin mənfi fəsadlarını azaltmağa gündə yarım saat - bir saatlıq fiziki məşğələlər yardımçı ola bilər: "Oturaq poza ən əlverişsizidir. Əgər insanın oturaq həyat tərzindən çəkinmək imkanı varsa, bunu etmək gərəklidir. Müasir ofislərdə ayaqüstü kompüter stollarının quraşdırılması boşuna deyil. Belə yerdə insan oturmur, ayaqüstə qalır. Bu funksional olaraq alverişlidir. Bilmək lazımdır ki, ayaqüstə qalmaq heç də zərərsiz deyil, ancaq insan hər 30 dəqiqədən bir hərəkət edərsə, bu ziyanı azalda bilər".
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar