Övladı imtahan verəcək valideynlər oxusun - Tanınmış nevroloq danışdı

Övladı imtahan verəcək valideynlər oxusun - Tanınmış nevroloq danışdı"Qəbul imtahanı ərəfəsində cəmiyyətin əsas probleminə çevrilmiş məsələlərdən biri də valideynin övladına təzyiq göstərməsidir. Bu təzyiqlərin həmin an heç bir fəsadı görünməsə də, zaman keçdikcə mütləq öz mənfi təsirini göstərir".
Bu sözləri azxeber.com-a açıqlamasında tanınmış nevropatoloq həkim Jalə Qarayeva deyib.
O, mövzuya həm həkim,həm də ana olaraq münasibətini bildirib: 
"İlk onu deyim ki, valideyn imtahana görə övladı üzərində təzyiq yaratmamalıdır. Ancaq övladlar da valideynlərinin onların oxuması üçün atdıqları addımları dəyərləndirməlidirlər. Övlad da dərslərinə vaxt ayırmalı, bütün səylərini ortaya qoymalıdır. Acı da olsa etiraf edək ki, valideyn də övladının oxuması, təhsil alması üçün müəyyən ehtiyaclarını məhdudlaşdıraraq ,onun tələbatını qarşılamağa çalışır. İmtahandan kəsilmək son deyil, ancaq hər bir valideynin arzusu övladının təhsil almasıdır".
Nevropatoloq Jalə Qarayeva tibbi cəhətdən də mövzuya münasibət bildirib: 
"Tibbi cəhətdən isə onu deyə bilərəm ki, bir günlük imtahan həyəcanının insan orqanizminə təsiri böyükdür. İmtahan həyəcanı yaşayan abituriyentlər ciddi yaddaş pozğunluğu, stres, əsəb, həyəcan keçirərək bildiklərini də unudurlar. Belə ki, stres çox hallarda abituriyentin yüksək nəticə göstərməsinə mane olur. Bu səbəbdən də imtahana hazırlaşan şəxslər imtahan öncəsi həkim məsləhəti olmadan "sakitləşdirici", "yaddaş" üçün dərman vasitələrindən istifadə etməməlidirlər.
Hazırda adət halını almış kiminsə istifadə etdiyi "sakitləşdirici" və ya "yaddaş" üçün dərman vasitələrinin başqaları tərəfindən qəbulu yolverilməzdir. Çünki bu tip dərmanlar yalnız həkim rəyi ilə fərdi şəxsə yazılmış olur. İnsanlar elə düşünür ki, mən bu həblə sakitləşib, yaddaşımı gücləndirəcəm.Bu tərkibli dərmanlar hamıya eyni təsir etmir. Bir daha xüsusi qeyd edim ki, bu tipli dərmanların qəbulu zamanı həkim rəyi mütləqdir.
İmtahan stresinin ən çox müşahidə olunan əlamətləri - uğursuzluq qorxusu, həvəssizlik, ürəkbulanma, ağız quruluğu, tərləmə, yuxu pozğunluğu, mədə ağrısı kimi fiziki şikayətlər, diqqət və konsentrasiyanın pisləşməsi, özünə inamın azalması, özünü qeyri-adekvat və dəyərsiz görməkdir. Bu zaman qəbul edilən  "sakitləşdirici" dərman insan düşüncəsinin dəyişməsinə kömək etmir. Dərman insanı müvəqqəti sakitləşdirə bilər, ancaq problemin və ya xəstəliyin arxasında duran səbəbin müalicə olunmasında heç bir rol oynamır. Abituriyentlərin 90 faizində imtahan öncəsi stres olur, bu normal haldır. Təbii ki, bəzən bu ciddi nevroloji problemlərə də səbəb ola bilər. Abituriyentlərin imtahana hazırlıq prosesində daha doğru yanaşma onlara nevroloji dəstəyin göstərilməsidir. Valideynlər də bu məqamlarda çox həssas, narahat olurlar və abituriyentə təzyiq edirlər. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə inam hissini gücləndirməlidir". 
Sonda bütün abituriyentlərə uğurlar diləyirəm!

Sosial       Tarix: 07 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber cəbhədən video cəbhədən son xəbərlər kriminal xeber