"Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu" baş tutdu

Azərbaycan Gənclər Fondunun dəstəyi, "Qızılbaş" Gəncləri Maairfləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə "Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu" baş tutub.
azxeber.com xəbər verir ki, İqlim Forumu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində keçirilib.
Forumdan öncə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.
Daha sonra forum açıq elan olunub. Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ev sahibi universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Nozlia Nurmuradova qonaqları salamlayaraq keçirilən beynəlxalq forumun Azərbaycan-Özbəkistan qardaşlığını daha da möhkəmlənidirilməsinətöhfə verəcəyini bildirib. O, belə bir mötəbər tədbirə ev sahibliyi etdikləri üçün şad olduqlarını bildirib.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev bildirib ki, Türküstanda yaşanan iqlim problemlərinə paralel olaraq belə bir forumun məhz Özbəkistanda keçirilməsi daha böyük önəm daşıyır.
Layihə rəhbəri, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Aqil Ələsgər çıxışında Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərindəişğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyinidiqqətə çatdırıb.
Layihəni gerçəkləşdirmə məqsədlərindən danışan Aqil Ələsgər 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu qeyd edərək Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb. O bildirib ki, "Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu"nun keçirilməsində əsas məqsədlərdən biri də COP29-a hazırlıqdır.
Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib. Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Özbəkistan Respublikası Ali Məclisinin deputatı Gülbahar Seyidqəniyeva, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov və Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhfuzə Artıkova çıxış edərək Azərbaycan və Özbəkistanın iqlim siyasətindən bəhs ediblər.
Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP-29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə ənliklərinivurğulayıblar.
Daha sonra COP29 ilə bağlı qısa videoçarx nümayiş olunub.
Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri professor Nurbay Cabbarovun moderatorluğu ilə keçirilən "Özbəkistan-Azərbaycan: İqlim üçün birləşək" panelində Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Özbəkistan Respublikası Gənclər İşlər Agentliyinin Ekoloji Diplomatiya Departamentinin sədri Elyar Narpolatov, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Famil Məmmədov forumdan irəli gələn mövzuları müzakirəediblər.
Qeyd edək ki, tədbirin aparıcısı Gənclərin İnkişaf və Karyera Mərkəzinin məsul şəxsi Nahib Bədəlov idi.
Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, forum öz işini "Yaşıl dünya naminə" sərgi ilə davam etdirəcək. 17 oktyabrda açılan sərgi iki gün davam edəcək. Bundan başqa Forumun nümayəndə heyəti Özbəkistanda vətəndaş cəmiyyəti və dövlət rəsmiləri ilə görüşləri davam etdirir.

Sosial       Tarix: 18 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler maşın realiti şou cəbhədən ən son xəbər cəbhədən son xəbərlər xeberlər