Özbəkistan prezidenti: Dünyanın yeni düzəni gerçək şərtlər üzərində qurulmaqdadır

Özbəkistan prezidenti: Dünyanın yeni düzəni gerçək şərtlər üzərində qurulmaqdadır"Çağdaş dövrün insanı daha qlobal, daha irimiqyaslı, daha əhatəli düşüncəsiylə, ən xırda məsələlərə belə bütöv dünya acısından yanaşmasıyla xarakterizə olunur. Müasir texnologiyalar və yüksək sürət indi dünyanın hər yerini daha əlçatan eləyib. Ayrılıqda götürülmüş hər hansı bir ölkədə iqtisadi, siyasi, sosial və ekoloji sahədə baş verən istənilən hadisə artıq bir ölkənin sərhədlərilə məhdudlaşmır, hüdudları aşır və bəzən bütün dünyanı lərzəyə gətirmək iqtidarında olur. Dünyanın yeni düzəni məhz bu gerçək şərtlər üzərində qurulmaqdadır".
Publika.az xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında Özbəkistan prezidenti Şavkat Mirziyoyev söyləyib.
O qeyd edib: "Bu gün bəşər övladının həll etdiyi bütün məsələlər fövqəlmilli xarakter daşıyır. Deməli bütün dövlətlərin düşünərləri, beyin mərkəzləri, siyasi dairələri aktual vəziyyətə görə məsuliyyət daşıdıqları üçün konsolidasiya və kooperasiya artıq davranış normasına çevrilməkdədir. Gənclərin hüquqları barədə BMT Konvensiyasınının qəbulu təşəbbüsünü dəstəkləyən özbək lideri deyib ki, hər bir insanın borcu özündən sonra gələn nəslin normal səviyyədə yetişdirilməsinə nail olmaqdır. Yalnız bu halda vərəsəlik prinsiplərini qorumaq, ənənələrin davam etdiriməsinə şərait yaratmaq mümkündür. Şavkat Mirziyoyevin xüsusi vurğuladığı bir məqam da siyasi dialoq məsələsi olub. Uzun illərdir Əfqanıstan problemi ilə üz-üzə qalan bu ölkə pandemiya dövründə ərzaq problemi kimi vacib məsələni də lazımi qaydada həll edə bilib.
Bugün koronavirus kimi gözəgörünməz düşmənlə vuruşan dünya həmçinin əbədi və əzəli düşməni olan terrorizmin dəhşətini də unutmamalı, bu istiqamətdə sayıqlığını itirməməlidir. Mərkəzi Asiya ölkələrinin qlobal antiterror strategiyasının gerçəkləşdirilməsi üzrə birgə planın 10 illiyi münasibətilə Daşkənddə beynəlxalq konfrans keçirmək ideyası da elə həmin sayıqlığın qorunmasına xidmət edir. Öz çıxışında ekologiya, sağlam həyat tərzi məsələlərinə də toxunan Mirziyoyev təklif edib ki, BMT Baş Assambleyası Aralyanı ərazinin ekoloji innovasiyalar və texnologiyalar zonası elan ediməsi barədə xüsusi qətnamə qəbul etsin. Belə bir qərar Mərkəzi Asiya ölkələrinin inkişafına şərat yaratmış olacaq. Özbək liderinin irəli sürdüyü təşəbbüslərdən biri də ekoloji sistemlərin beynəlxalq müdafiəsi və bərpası gününün təsis edilməsi olub. Bütün təklif və təşəbbüslər belə nəticə çıxarmağa əsas verir ki, Mərkəzi Asiyanın lider dövlətlərindən biri davamlı inkişaf mərhələsindədir. Bu isə stabilliyi qorumaq və millləti irəli aparmaq üçün zəruri olan ən vacib şərtdir".

Dünya       Tarix: 24 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi kriminal xeberler az xeber valyuta mezenesi