Özbəkistan Türk Şurasına dah bir addım yaxınlaşdı
Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov bu ölkədə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, prioritet istiqamətlərdə əlaqələrin aktivləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlarda Türk Şurasının üzvü olan ölkələr arasında nəqliyyat, tranzit dəhlizlərinin şaxələndirilməsi, nəqliyyat-loqistika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilib.
Qərara alınıb ki, Özbəkistan Türk Şurasının hazırladığı bir sıra sənədin hazırlanmasında aktiv iştirak etsin.
Tərəflər bu günlərdə Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclasının uğurla keçirilməsindən və Özbəkistanın "Müasir İpək Yolu" proqramına qoşulmasından məmnun olduqlarını bildiriblər.
Turlar.az [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər