Özbəkistanda 1,3 milyon yoxsul ailə var: Ölkənin ən kasıb və varlı vilayətləri
Özbəkistanda 1,307 milyondan çox aztəminatlı ailə var.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Respublika Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda ölkədə yoxsulluq səviyyəsi 14,1% təşkil edir ki, bu da 2022-ci il göstəricisindən (17%) demək olar ki, 3% azdır.
Bu ilin sonuna kimi 130 min ailənin aztəminatlı ailələr kateqoriyasını tərk edə biləcəyi gözlənilir. Bu halda yoxsulluğun səviyyəsi 14,1%-dən (1,307 milyon ailə) 12%-ə (1,180 milyon) enəcək.
Nazirliyin açıqlamasında qeyd olunur ki, 1,3 milyon aztəminatlı ailə təxminən 10 milyon nəfəri və ya ölkənin 36 milyon əhalisinin təxminən üçdə birini təşkil edir.
Yoxsulluğun ən yüksək səviyyəsi Qaraqalpaqıstan Respublikası (19,7%), Sırdərya (19,5%) və Xarəzm (19,1%) vilayətlərində qeydə alınıb. Ən aşağı göstərici isə Daşkənd (8,5%) və Nəvai vilayətindədir (9,2%).
Məlumata görə, Özbəkistanda 2023-cü il üçün yoxsulluq həddi adambaşına ayda 568 min som (49 dollar) və ya gündə 18,9 min som (1,6 dollar) müəyyən edilib. Pensiya və müavinətlərin minimum məbləği ayda 535 000 som (46,5 ABŞ dolları), minimum əmək haqqı 980 000 som (85 dollar) təşkil edir.
Özbəkistan parlamenti Qanunvericilik Palatasının vitse-spikeri, "Milliy Tiklanish" partiyasının sədri Əlişir Kadırov bildirib ki, bunda yoxsul insanların özləri günahkardır.
"Kim kasıb olur? Boş oturanlar. Kimsə həyatı boyu fürsət axtararkən, başqaları günahkar axtarır. İnanıram ki, dövlət nə qədər çalışsa da, uduzanlar dilənçi olaraq qalacaqlar!", – deyə Kadırov sosial şəbəkələrdə yazıb.
Deputat Doniyor Qəniyev vitse-spikerin açıqlamasına münasibət bildirib:
"Doğrudan da biliyi və bacarığı olmayan tənbəl kasıb ola bilər. Amma bu o demək deyil ki, bütün kasıb insanlar belədir. Axmaqlar da deputat ola bilər, amma bu o demək deyil ki, bütün deputatlar axmaqdır".
Qeyd edək ki, Özbəkistan hökuməti ilk dəfə olaraq 2020-ci ildə ölkə əhalisinin bir hissəsinin yoxsulluq həddində yaşadığını açıq şəkildə etiraf edib. Prezident Şavkat Mirziyoyev yoxsulluğun azaldılması proqramının hazırlanması ilə bağlı göstəriş verib ki, bu proqrama inflyasiyadan əvvəl əmək haqqı və müavinətlərin artırılması və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması daxildir. 2023-cü ilin yanvarında Mirziyoyev 5 milyon insanın məşğulluğunun təmin edilməsi və ilin sonuna qədər 2 milyon daimi iş yerinin yaradılmasının vacibliyini bəyan edib. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması işində Özbəkistan hökuməti Çinin təcrübəsindən istifadə etmək qərarına gəlib.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi