Özbəkistanı kim qarışdırır - ABŞ, yoxsa Rusiya?
Qaraqalpaqların lideri həbs edildi, müstəqil dövlət olmaq istəyi realdırmı…
Özbəkistanın Qaraqalpaqıstanda iki gündür davam edən gərginlik haqda ziddiyyətli xəbərlər gəlməkdə davam edir. Rəsmi Daşkənd aksiyaların nəzarət altına alındığını bildirir. Başqa mənbələr isə iddia edir ki, əslində, aksiyada Qaraqalpaqstanın Özbəkistandan ayrılması ilə bağlı referendum keçirilməsi tələb edilir. Rusiya nəşrləri isə yazır ki, ayrılma prosesini ABŞ da dəstəkləyir.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, sovet dövründə Qaraqalpaqıstan əvvəlcə Qazaxıstanın, daha sonra Qırğızıstanın, daha sonra isə artıq muxtar respublika statusunda RSFSR-in tərkibinə daxil edilib. Sonra isə Özbəkistan SSR-yə verilib.
1990-cı ildə Qaraqalpaqıstanın suverenliyi haqqında bəyannamə qəbul edilib. 1993-cü ilin əvvəlində dövlətlərarası müqavilə imzalandı, ona əsasən Qaraqalpaqıstan respublikası 20 il müddətinə Özbəkistanın tərkibinə daxil oldu. Qaraqalpaqlar hesab edir ki, onların ölkəsi muxtariyyət deyil, Özbəkistanın tərkibində olan suveren dövlətdir.
Qaraqalpaqıstan parlamentli respublikadır, öz dövlət bayrağı, gerbi, konstitusiyası, himni var və Özbəkistan ərazisinin 40%-ni təşkil edir. Amma əhalisi cəmi 2 milyon nəfərdir (33 milyon özbəkə qarşı). Neft, qaz, qızılın istismar və perspektiv yataqlarına malikdir.
Respublikada separatizm meylləri həmişə olub və Daşkənd Qaraqalpaqları suverenlikdən məhrum edəcək konstitusiyaya düzəliş qəbul etməyə hazırlaşdıqlarını bəyan etdikdən sonra bu, daha da güclənib.
Mukan.uz saytının xəbərinə görə, iyulun 5-də Qaraqalpaqların lideri Dauletmurat Tajimuratov bu məsələ ilə bağlı dinc mitinq keçirmək istəyib, lakin onun videomüraciətindən sonra vəziyyət kəskin şəkildə gərginləşib. "İndi bütün Nukusda (Qaraqalpaqstanın paytaxtında) nömrəsiz avtobuslar və ətrafda silahlı çevik qüvvələr var" deyə, sayt yazır. Qaraqalpaqların lideri Tajimuratovun isə həbs edilib.
Tanınmış ictimai xadimi Əzizə Umarovanın fikrincə, son 10 ildə respublikanın statusu "xarici medianın şantaj obyektinə" çevrilib. O, hesab edir ki, konstitusiyadakı maddələri dəyişdirilərsə, Qaraqalpaqıstanın əhalisinin fikrini mütləq soruşmaq lazımdır. Umarova təklif edir ki, bəlkə "soruşmamaq da" olar, amma bundan sonra bu regiondakı insanların sosial-iqtisadi problemlərini nəzərəçarpacaq şəkildə həll etmək lazımdır. Qeyd edək ki, Qaraqalpaqıstan quruyan Aral dənizi bölgəsindədir.
Bildirilir ki, Soros Fondunun maliyyələşdirdiyi nəşrlərin qaraqalpaqların tərəfini saxlaması nəzərə çarpır. Politoloq Aleksandr Knyazevin fikrincə, Mərkəzi Asiyada sabitliyin pozulması planı Amerikanın regional siyasətinin gündəmindədir. "Bu gərginliyin Bədəxşan, Qazaxıstanın cənubu, Fərqanə vadisi və ya Qaraqalpakstan olacağı artıq təfərrüatlarıdır",- deyə o, daha sonra yazır: "Postsovet məkanının elitası həsəd aparacaq axmaqlıqla, çox vaxt isə Vaşinqtonun təklifi ilə milli azlıqların hüquqlarını pozaraq, hər cür bəlaların onlardan yan keçəcəyini düşünürlər, lakin hər dəfə də yanılırlar. Gəlin görək, sərvəti Qərb şirkətləri arasında hələ də bölünməyən prezident Şavkat Mirziyoyev və ölkəsinin başına nə gələcək?"
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?