Özbəkistanın səfiri: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdı
Özbəkistanın səfiri: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bu sözləri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov "Region Plus" jurnalına verdiyi müsahibəsində deyib.
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun şəkildə həyata keçməlidir".
Diplomat "Özbəkistanın Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı mövqeyi nədir?" sualını cavablandırarkən belə söyləyib.
"Qeyd etmək istərdim ki, Azərbaycan və Ermənistan münasibətlərindəki gərginliyin artması Özbəkistanda narahatlığa səbəb olub. Qarşıdurma zamanı hərbi gücün tətbiqi hər iki tərəfdə çoxsaylı itkilərə səbəb ola bilər", deyə Bəhram Əşrəfxanov əlavə edib.
Səfirin sözlərinə görə, Özbəkistan tərəfi dostluq, mehriban qonşuluq və münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsini, MDB məkanındakı mübahisəli məsələlərin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini bir daha vurğulamağı vacib bilir.
B. Əşrəfxanov Özbəkistanla Azərbaycan arasında beynəlxalq təşkilatlardakı sıx əməkdaşlığın az əhəmiyyət daşımadığına da toxunub.
"Biz müxtəlif məsələlərdə və problemlərdə bir-birimizin mövqelərini birmənalı və qətiyyətlə dəstəkləyirik", - deyə diplomat fikrini tamamlayıb. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı