Özcan Deniz təhdid olundu: "Ölməyə layiqsən..." - FOTO
Özcan Deniz təhdid olundu: "Ölməyə layiqsən..." - FOTO
Məşhur türkiyəli sənətçi Özcan Deniz ölümlə təhdid olunub.
Özcan Deniz yeni evləndiyi həyat yoldaşı Samar Dadgar ilə birlikdə yaşadığı Sarıyerdəki villasının ev sahibi ilə mübahisə edib.
Belə ki, villanın bağbanı gözlənilmədən onların qapısını döyərək müğənnidən avtomobilini bağçanın qarşısından çəkməsini istəyib.
Ev sahibinin bağçada kanalizasiya quyusu qazmaq istədiyini öyrənən Özcan Deniz etiraz edib. Ona bu barədə öncədən məlumat verməli olduqlarını bildirib və maşını çəkməyəcəyini deyib.
Bu zaman ev sahibi onun yanına gələrək təhdid etməyə başlayıb. Nəticədə mübahisə alovlanıb.
Ev sahibi əsəbiləşib və sənətçini öldürəcəyi ilə təhdid edib.
"Ölməyə layiqsən, gedib maşınımdan silahımı götürəcəyəm, sən də get silahını götür", - deyə o, müğənniyə hədə-qorxu gəlib.
Bu əsnada Özcan Denizin həyat yoldaşı evin pəncərəsindən telefonunu göstərib və baş verənləri lentə aldığını deyib. Bunu görən ev sahibi silahını götürmək fikrindən daşınıb və mübahisəni davam etdirib.
Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına ev sahibi haqqında şikayət ərizəsi veriblər. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid edildiyini, ailəsinin və özünün həyatının təhlükədə olduğunu bildirib.
Samar Dadgar da ifadəsində əlavə edib ki, əgər telefonu göstərməsəydi, ev sahibi silahını gətirəcəkdi.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.





Mənbə: "Sabah" / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi