Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilir
Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilir.
KONKRET.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad ediləcək.
Eyni zamanda, layihəyə əsasən, Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən ediləcək.
Qeyd edilib ki, qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur. Bununla da fərdi baytarlıq xidmətinin vergiyə cəlbi sahəsində inzibatçılıq azaldılacaq və bu şəxslərə yalnız "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" tətbiq ediləcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı