Özəl sektorda əməkhaqqı artırıla bilərmi? - AÇIQLAMA

Özəl sektorda əməkhaqqı artırıla bilərmi? - AÇIQLAMAYanvarın 1-dən etibarən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Eləcə də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əməkhaqları artırıldı.
Bəs özəl sektorlarda əməkhaqlarının artırılması üçün nə etmək lazımdır?
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı "XezerXeber"ə danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, dövlət sektorunda əməkhaqqı artımı özəl sektora da bu istiqamətdə təsir göstərir. Belə ki, dövlət sektorunda maaş qalxdıqda, bazarda fəaliyyət göstərən peşəkar, ixtisaslaşmış işçilərin seçim imkanı genişlənir və onlar dövlət təşkilatına üz tuturlar. Bu hadisə özəl sektoru əməhaqqını qaldırmaqla bağlı zərurət qarşısında qoyur. Ekspert əlavə edib ki, sahibkarların müxtəlif üsullarla maaş artımına təşviq etmək lazımdır:
"25 faizlik sosial sığorta haqqı çox böyük göstəricidir. Birinci bundan başlamaq lazımdır. Burada güzəştlər edilməlidir. Sahibkarın vergi öhdəlikləri aşağı salınmaqla sahibkarın daha yüksək əməkhaqqı verməsi üçün maliyyə mənbələri formalaşdırır. Əməyə tələb artanda bu, məcburən əməkhaqqının artmasına gətirib çıxardır. Bizdə hökumətin görəcəyi işlərdən biri qeyri-neft iqtisadiyyatını şaxələndirmək, inkişaf etdirməkdir. Belə olduğu halda, Azərbaycanda artıq əməyə tələb artacaq. Əməyə tələbin artması da bugünkü sərt rəqabətin zəifləməsinə gətirib çıxardacaq".
Millət vəkili, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, mövcud qanunvericiliyə əsasən 25 faiz sosial sığorta haqqının 10 faizini işçi, 15 faizini isə işəgötürən ödəyir:
"Nəzərə alsaq ki, özəl sektor əməkhaqqının artırılması ilə bağlı müstəqil, sərbəst qərar verir. Çünki dövlət sektoru deyil. Bununla belə, minimum əməkhaqqı artandan sonra özəl sektorda da əməkhaqların ən az minimum əməkhaqqı səviyyəsinə çatdırılması və bunun verilməsi məcburidir. İşə götürülənlər üçün kreditlərin artırılması, onlara bir sıra hallarda güzəştlərdən istifadə imkanı verilməsinə ehtiyac var, çünki bu halda işəgötürənlər xərcini azaldıb əməkhaqlarına gedə bilər. Bu baxımdan yalnız dövlət sektoru deyil, özəl sektoru da əhatə etməsi prioritet olmaqla qalmaqdadır".
Ətraflı "XezerXeber"in süjetində:
Mikayıl

İqtisadiyyat       Tarix: 17 yanvar 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri beynelxalq bank mezenne cəbhədən görüntülər iqtisadiyyat xeberleri bugun