Özəl tibbi müəssisələrdə xidmətlərin ödənişi necə aparılmalıdır?
Özəl tibbi müəssisələrdə tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi xidmətlərin ödənişi necə aparılmalıdır?
KONKRET.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən AzərTac-ın sualına cavab olaraq bildirilib ki, 2023-cü il yanvarın 1-dən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.4.12-ci maddəsində edilmiş dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız ödənilməlidir.
Eyni zamanda, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə qanunsuz aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, tibbi xidmətin dəyəri beş yüz manatdan artıqdırsa, ödənişlər nağdsız qaydada edilməli və bu halda xidmətin dəyərini nağd qaydada qəbul edən özəl tibbi müəssisəyə maliyyə sanksiyasının tətbiqi qanunauyğundur.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı