Özəlləşdirmədən büdcəyə daxilolmalar artıb
Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) özəlləşdirmə hesabına dövlət büdcəsinə 75 milyon manat köçürüb.
KONKRET.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 % çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 29 hərrac keçirib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 412 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 305 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 38 onlayn qoşulma reallaşıb. Birinci yarımillikdə hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
6 ay ərzində yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi davam etdirilib. Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə "Bakı Alüminium Profil" MMC özəlləşdirilib. Bununla yanaşı, "Bakı Mərmər Qranit" MMC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib. Hazırda Müsabiqə Komissiyası təklifləri qiymətləndirir.
Turlar.az [newsid: 0-123300]

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb