Özləri Bakıda, övladları xaricdə yaşayır - Nə işlə məşğul olurlar?

Özləri Bakıda, övladları xaricdə yaşayır - Nə işlə məşğul olurlar?Eks-məmurların övladları ilə bağlı müzakirələr sonuncu dəfə İkinci Qarabağ müharibəsi dövründə ictimailəşmişdi. (​​​​​​Məmurlar isə ayrıca mövzudur)
Sosial şəbəkələrdə açılan həmin müzakirələrdəki əsas sual belə idi: bəs eks-məmur övladları niyə müharibədə iştirak etmirlər?
O zaman sualın cavabı da elə müzakirələrdə verilmişdi: eks-məmur övladlarının əksəriyyəti Azərbaycandan kənarda yaşayır.
KONKRET.az xəbər verir ki, Modern.az saytı əvvəllər yüksək vəzifələr tutmuş şəxslərin övladları ilə bağlı məlumatları təqdim edir.
Eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daimi yaşayış yeri Böyük Britaniyanın paytaxtı London şəhəridir. Onun restoran və əmlak biznesilə məşğul olduğu deyilir.
Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Türkiyədə yaşadığı çoxdan məlumdur. Eks-nazirin özü də Modern.az-a açıqlamalarından birində oğlunun Türkiyədə kiçik bizneslə məşğul olduğunu gizlətməmişdi.
Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun da oğlunun sorağı ölkə xaricindən gəlir. Belə ki, sabiq nazirin oğlu Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir.
Eks-xarici işlər naziri Elmar Məmmədyarovun iki oğlu var: Riyad və Emin. Elmar müəllimin özü Bakıda, oğlanları isə Amerikada yaşayırlar.
Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də xaricdə yaşayan eks-məmur övladları sırasında yer alır. O da hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayır. Yeri gəlmişkən, Cuma Əhmədzadə Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir. Onların bir neçə ortaq şirkətlərə sahib olduğu barədə məlumatlar var.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adını mətbuat dəfələrlə qalmalalla gündəmə gətirib. Hazırda xaricdə yaşayan Anar Mahmudovun Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik etdiyi deyilir.
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da adı əvvəllər bir neçə dəfə mətbuatın gündəmində olub. Onun hazırda Londonda yaşadığı bildirilir. Hacıbala müəllimin digər oğlunun Almaniyada yaşadığı barədə məlumatlar var.
Sabiq energetika naziri mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyev ailəsilə birgə Türkiyədə yaşayır. O, vaxtilə Azərbaycanı "Eurovision"da təmsil etmiş keçmiş müğənni Safura Əliyeva ilə evlidir.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iki oğlundan biri – Asim Müslümlü də xaricdə yaşayır. Məlumatlara görə, o, Britaniyada – Edinburq Universitetində təhsil alıb. Asim Müslümlü hazırda İsveçrədə yaşayır.
2014-15-ci illərdə rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasovun oğlu Eldar Abbasovun da Londonda yaşadığına dair məlumatlar var. O, "Azərenerji "ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evlənib.
Bununla yanaşı, bəzi eks-məmurların qızları da xaricdə yaşayırlar.
2001-2006-cı illərdə gənclər, idman və turizm naziri postunu tutmuş Əbülfəs Qarayevin yeganə qız övladı xaricdə yaşayır. Suad Qarayeva Londonda təhsil alıb və orada da çalışır. O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub.
Keçmiş vergilər naziri mərhum Fazil Məmmədovun qızı Selcanxatun ailəsilə birgə Londonda yaşayır və orada bizneslə məşğuldur.
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin iki qızı – Nərmin və Nərgiz Şirəliyeva Rusiyada yaşayırlar. Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışır.

Siyasi       Tarix: 30 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun cəbhədən ən son xəbər cəbhədən son xeber krimnal bugun