"Özü Allahın ona verdiyi arvadlıq dəyərlərinə əməl etsin, sonra kişilik söhbəti etsin"

"Özü Allahın ona verdiyi arvadlıq dəyərlərinə əməl etsin, sonra kişilik söhbəti etsin"Xalq artisti Şeyx Əbdül Mahmudov Flora Kərimovanın sosial şəbəkədə onunla bağlı yazdığı ittihama cavab verib.
Open.az xəbər verir ki, Kulis.az-a açıqlama verən Xalq artisti Flora Kərimovanın onun haqqında bu sözləri yazmağa mənəvi haqqı olmadığını bildirib:
"Əvvəla onu deyim ki, Floranın mənimlə bağlı yazdığı o sətirlər əsassızdır. O sözü hardan götürüb, bilmirəm. Mən ümumiyyətlə dilimə elə bir söz alıb danışmamışam. Xeyli vaxt bundan əvvəl müsahibələrin birində jurnalist bu mövzuya toxundu, sual verdi ki, "Fəxri adlar rüşvət müqabilində verilir?" Mən də cavab verdim ki, yoxlasınlar, görsünlər kimə rüşvətlə ad veriblərsə, ləğv etsinlər.
Flora Kərimova məni həmişə vicdanlı sözün sahibi kimi qəbul edib. Əgər vicdanı varsa, bunu etiraf etməlidir. Mən 75 yaşımda Xalq artisti adı almışam. Hansı ki, mən bu adı 30 il bundan əvvəl almalı idim. Fəxri adlarıma görə heç kimə müraciət, xahiş etməmişəm. Bu qədər xidmətlərim qarşılığında 75 yaşında qoca kişiyə Xalq artisti adı veriblər, əgər bu Flora xanıma çox görünürsə, qurbandır ona.
Flora Kərimovaya hər zaman böyük hörmətim olub. Yazısında qeyd edir ki, "yəqin sən də rüşvət verib ad almısan". Bu sözü mənə deməyə Floranın mənəvi haqqı yoxdur. Orda çox böyük səhv edib. Mənə bu adı xəbərim olmadan yubileyimdə veriblər. Bu yaşıma kimi Azərbaycan mədəniyyətində bir çox xidmətləri olan adamam. Əməkdar incəsənət xadimiyəm, Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı laureatıyam. Bunlardan Floranın xəbəri yoxdur. Çünki Flora medianı izləmir, yüksək intellekt sahibi deyil.
Ola bilsin ki, Flora xanım gündəmə gəlmək istəyir. O qalmaqallı illəri üçün darıxıb. Amma obyekti düz seçməyib. O oyunlar mənimlə baş tutmaz. Flora birinci getsin, özü Allahın ona verdiyi arvadlıq dəyərlərinə əməl etsin, sonra kişilik söhbəti etsin. O, məni tanıdığı, savadımı mövqeyimi, kişiliyimi bildiyi halda belə mənasız, mahiyyətsiz ifadə işlətməyi ona yaraşdırmadım. Çox təəssüf edirəm. O yaxşı bilir ki, Şeyx necə kişidi. Amma mən kin saxlamıram yenə öpüb bağrıma basıram. Münasibətim yenə əvvəlki səviyyədə qalacaq".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova rejissor Şeyx Əbdülün efirdə səsləndirdiyi "Rüşvət alıb ad veriblər" sözlərinə öz İnstagram səhifəsində sərt münasibət bildirib.

Şou Biznes       Tarix: 14 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə


son xeberler azerbaycan xeberleri yeni xeberler hava proqnozu idman xeberleri kriminal bugun hava haqqinda