Özünü Al Kaponeylə müqayisə edən Tramp Baydeni tənqid etdi
ABŞ-da "Respublikaçılar" partiyasından prezidentliyə namizəd Donald Tramp özünü amerikalı mafiya başçısı, həmçinin Al Kapone kimi tanınan Alfons Kapone ilə müqayisə edərək, sonuncunun yalnız bir dəfə, Trampın isə artıq dörd dəfə ittiham edildiyini qeyd edib.
KONKRET.azxəbər verir ki, Tramp Nevada ştatında çıxışı zamanı bildirib ki, hər kəs böyük Al Kapone haqqında eşidib.
Ona cəmi bir dəfə ittiham irəli sürülüb. Amma mən dörd dəfə ittiham olunmuşam. Amerika mətbuatı yazır ki, Tramp bu bənzətməni elə-belə etməyib. Keçmiş prezident Al Kaponenin yalnız bir dəfə ittiham edilməsinə baxmayaraq, ondan daha təhlükəli olduğunu önə çəkib: "Əgər Al Kapone səninlə nahar etsəydi və naharda sənin gülümsəməyin onun xoşuna gəlməsəydi, səni öldürərdi. Buna baxmayaraq ona yalnız bir dəfə ittiham irəli sürülüb"-deyən Tramp həmçinin Baydeni ABŞ-ın ən pis prezidenti adlandırıb və seçkidə Baydeni məğlub edəcəyinə inandığını bildirib.
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda