Özünü "Azərsu" əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxs saxlanıldı - VİDEO
Abşeron rayonu Xırdalan şəhərində özünü "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək vətəndaşları dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, daxil olan şikayətlər əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı qeyd edilən qanunsuz hərəkətlərə yol verən Rəfail Əsgərov tutulub.
Araşdırma zamanı onun Xırdalan şəhərində bir neçə şəxsi bu yolla aldadaraq onlardan müxtəlif məbləğlərdə pul aldığı məlum olub.
Faktlarla bağlı Rəfail Əsgərov barəsində toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə iki ay müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl də Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilmişdi. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR