Özünü kommunal xidmət əməkdaşı kimi təqdim edərək oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nizami rayonunda mənzillərdən birinə gələn və özünü kommunal xidmət əməkdaşı kimi təqdim edən şəxs evdən oğurluq edib.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) müraciət edən zərərçəkən bir nəfərin evə gələrək mənzilin istilik sistemlərini yoxlamaq adı ilə içəri daxil olduğunu və onun başının qarışmasından istifadə edərək dolabdan 3 600 dollar və 1500 manatlıq qızıl-zinət əşyaları oğurladığını bildirib.
24-cü PŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan Vüsal Qənbərov saxlanılıb.
O, ifadəsində etdiyi cinayəti etiraf edib. Saxlanılan şəxs barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
"Vüsal Qənbərovun başqa bu kimi cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə "102" Zəng Mərkəzinə müraciət edə bilərlər", - Mətbuat xidmətindən bildirilib.
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar