Pakistan səfiri Azərbaycan hökumətinə təşəkkür etdi
Pakistanın Azərbaycandakı səfirliyi ölkənin Müstəqillik Gününü qeyd edib.
KONKRET.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.
Müstəqilliyin 75-ci ildönümü münasibətilə səfirlikdə Pakistanın bayrağı qaldırılıb, ölkə Prezidentinin və Baş nazirinin məktubları oxunub.
Bilal Haye jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir və bu, bir çox sahələri əhatə edir, dərin tarixə malikdir: "Azərbaycan həmişə Pakistanı dəstəkləyir, necə ki, Pakistan da Azərbaycana dəstək verir. Ölkəmiz Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. İkitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm".
Səfir ölkələr arasında turizm sahəsində əlaqələrin inkişafından da danışıb, hazırda Pakistanın Kəraçi, Lahor və İslamabad şəhərlərindən Azərbaycana həftədə 4 təyyarə reysi həyata keçirildiyini, bir həftə ərzində Azərbaycana 1 000-dən çox turistin səfər etdiyini bildirib. "Onlar daha çox səyahət etmək və Azərbaycanın biznes imkanları ilə tanış olmaq üçün gəlirlər. Bu, iki ölkənin iqtisadi potensialının inkişafı üçün yaxşı əlamətdir", – səfir bildirib.
"Azərbaycanın rəhbərliyi çox önəmlidir, Azərbaycan regionda sabitliyə, sülhə və firavanlığa nail olmağa çalışır. Sülhdən başqa alternativ yoxdur. Sülh təkcə qonşu ölkələr üçün deyil, həm də bütün region və beynəlxalq ictimaiyyət üçün vacibdir", – B.Haye qeyd edib.
Xatırladaq ki, bu il həm də Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur. (Report)


Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?