Pakistandan Xankəndi yolundakı vəziyyətlə bağlı DƏSTƏK
Pakistanın "Gənclər Diplomatiya Forumu" və "Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu" ictimai təşkilatları Şuşadan keçən Xankəndi-Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı fəalların dəstəyinə qoşulub.
KONKRET.az xəbər verir ki, bu barədə Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu bəyanat yayıb.
"Ətraf mühitin monitorinqi ekoloqlar və eko-fəallar tərəfindən aparılmalı və bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Biz nəyin bahasına olur-olsun, azərbaycanlı eko-fəallar üçün təhlükəsizlik təminatlarının verilməsini, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət olunmasını və həyata keçirilməsini tələb edirik. Bu, yalnız ekoloji terrorun dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi halında mümkündür ki, bu da regionda sülhün qorunmasına kömək edəcək", – bəyanatda qeyd olunub.
Bundan əlavə, Gənclər Diplomatiyası Forumu insanlar üçün təhlükə yaradan, həm də ətraf mühitə ziyan vuran mina təhlükəsi ilə bağlı vəziyyətin monitorinqi üçün şəraitin yaradılmasına çağırış edib.
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO