Pandemiya ilə əlaqədar Fransadan çirklənmə HƏYƏCANI - Dənizin dibində milyardlarla...
Fransada qeyri-hökumət təşkilatının Aralıq dənizində görüntüyə aldığı videoda dənizin dibində toplanan maska və əlcəklər diqqət çəkib.
Publika.az xəbər verir ki, "Təmiz dəniz əməliyyatı" qrupu "Antibesin Kot-dAzur" kurortu yaxınlığındakı sahili təmizləməyə çalışır.
Ölkə artıq pandemiyanın xroniki olaraq plastik çirklənmə problemini artırmağından narahatdır. Araşdırma qrupu bunun həyəcan siqnalı olduğunu söyləyir. Bildirilir ki, Avropa tədricən qapanmadan çıxır və insanlar çimərliklərə yenidən axın etməyə başlayır.
Sualtı görüntüləri çəkən və Feysbukda yayımlayan qrupun qurucusu Laurent Lombard, "bu maskaları və əlcəkləri çoxdan tapmalı idik. Bunların sayı milyardlarladır. Bu, çox böyük bir çirklənməyə səbəb olacaq", - deyə bildirib.
Qeyd edək ki, deputat Erik Pauget ictimai yerləri maskalarla və digər tibbi ləvazimatlarla zibilləməyə görə cərimənin artırılması üçün qanun layihəsi irəli sürüb. Yeni qanuna görə, bunun üçün 68 avro əvəzinə 300 avro miqdarında cərimə tətbiq edilməsi planlaşdırılır.
Akqabay
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi