Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?
Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?
Temperaturun ölçülməsi və dezinfeksiya Gürcüstan hotellərində istirahətin ayrılmaz hissəsinə çevriləcək.
"Sputnik Gürcüstan" xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi yeni mövsümdə turistləri qəbul edəcək hotel və mənzillər üçün tövsiyələri təsdiqləyib.
Gürcüstandakı hotellər iyunun 8-dən işini bərpa edə biləcək. Ölkə daxilində turizm mövsümü iyunun 15-də açılacaq və iyulun 1-dən xarici qonaqlar qəbul ediləcək.
Tövsiyələrə görə, bütün hotellərin salonlarında həm işçilərin, həm də qonaqların hər gün temperaturu yoxlanılacaq. Binaya gələnlərin hamısı maskalı olmalı, gigiyena qaydalarına riayət etməli, aralarında iki metr məsafə saxlamalıdırlar.
Bundan əlavə, gündə üç dəfə hotellərdəki bütün səthlər təmizlənib dezinfeksiya ediləcək.
Otaqlarda ikimərtəbəli çarpayı olmayacaq.
Hotellərdə açıq bufetlərdən istifadə tövsiyə olunmur. Eyni zamanda, qonaqlar heyətdən şəffaf maneə ilə ayrılacaqlar.
Barmenlərlə qonaqlar arasında da maneə quraşdırılacaq. Hoteldə bar və ya iaşə obyektinə getmək yalnız əvvəlcədən sifariş verməklə mümkün olacaq.
Hotel hovuzlarında üzməyə icazə verilir, ancaq hovuzun ən azı altı kvadratmetr sahəsi olmalıdır.
Hotellərdə uşaq zonaları olmayacaq, idman salonlarından istifadə qadağandır, idman və əyləncə zonaları işləməyəcək. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var