Pandemiya xəstəxanasının pediatrı: "Koronaviruslu uşaqlara antibiotik təyin edilmir" - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: "Koronaviruslu uşaqlara antibiotik təyin edilmir" - MÜSAHİBƏPandemiya xəstəxanasının pediatrı: "Koronaviruslu uşaqlara antibiotik təyin edilmir" - MÜSAHİBƏ
Uşaqların koronavirusa yoluxmamağına dair inamın böyük olmasına baxmayaraq, bu halla daha çox rastlaşırıq. Üstəlik, bəzi hallarda uşaqlar xəstəliyi daha ağır keçirirlər. Eyni zamanda, onlar xəstəliyin asemptomatik gedişi halında təhlükəli infeksiya daşıyıcısı kimi təhlükə yaradırlar.
Pandemiya xəstəxanasının həkimi, pediatr-reanimatoloq, neonatoloq Nazilə Hüseynova Media.Az-la koronavirus infeksiyasına yoluxmuş uşaqların müalicəsi ilə bağlı təcrübələrini paylaşıb.
-Ümumiyyətlə, uşaqlar koronavirusu necə keçirirlər?
- Uşaqların çoxu xəstəliyi asemptomatik və ya yüngül formada rahat keçirir. Simptomlara gəldikdə, uşaqlarda 38 dərəcəyə qədər hərarət ola bilər. Ancaq, əsasən, uşaqlarda xəstəlik mədə-bağırsaq xəstəliyi fonunda davam edir, yəni, özünü qarnın pozulması (diareya) şəklində göstərir. Daha az adi öskürək, böyük uşaqlarda boğucu öskürək meydana gəlir. İmmunitetin inkişaf xüsusiyyətlərinə görə, üç yaşınadək uşaqlar xəstəliyə daha dözümlü olurlar.
- Xəstəliyin bütün bu təzahürləri spesifik müalicə tələb edirmi?
- Koronaviruslu uşaqlara antibiotik təyin olunmur. İmmuniteti artıran şərbətlər və multivitaminlər, xüsusən də C, D vitaminləri, həmçinin sink təyin edilir. COVID-19 xəstəsi ilə təmasda olan sağlam uşaqlara da profilaktik tədbir kimi bu vitaminləri qəbul etmələri tövsiyə olunur.
- Uşaqlar koronavirus xəstəliyini ağır keçirə bilər? Belə xəstələriniz olubmu?
- Bəli, bu immuniteti zəif olanlar, D vitamini çatışmazlığı və xroniki xəstəlikləri olanlar, eləcə də erkən doğulmuş körpələrdə olur, baxmayaraq ki, ümumiyyətlə praktikada bu cür hallar nadir olur.
Altı yaşınadək ağır xəstə olan uşaqlarda ən çox görülən simptomlar hərarət, güclü öskürək, ürək bulanması və mədə-bağırsaq fəaliyyətinin pozulmasıdır. Böyük uşaqlarda, xüsusən on yaşdan yuxarı olanlarda bunlara qoxu və ya dad itkisi, baş ağrısı, halsızlıq, iştahanın azalması şikayətləri də əlavə olunur.
- Uşaqların maska ​​taxmağının nə dərəcədə uyğun olub-olmaması barədə cəmiyyətdə çoxlu fikir ayrılıqları var...
- Bir yaşdan kiçik uşaqlara maska ​​taxmaq olmaz, amma bir yaşdan sonra mütləqdir! Çünki adətən onlar COVID-19-u asemptomatik daşıyırlar və başqalarına yoluxdura bilərlər. Çox vaxt valideynlər övladının xəstə olduğunu bilmir, onunla ictimai yerlərdə gəzirlər. Uşaqlar daşıyıcı sayılır, buna görə də maska taxmaları lazımdır. /oxu.az

Sosial       Tarix: 21 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər