Pandemiyadan sonra dünya bütün diqqətini bu sahəyə yönəldəcək: 36 ölkə yeni təhlükə ilə qarşı-qarşıya

Pandemiyadan sonra dünya bütün diqqətini bu sahəyə yönəldəcək: 36 ölkə yeni təhlükə ilə qarşı-qarşıyaYeni dünya nizamında qida və kənd təsərrüfatı ən əhəmiyyətli yerə gələcək.
Publika.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qida Haqqı üzrə xüsusi reportyoru, Kaliforniya Universitetinin professoru Elver qeyd edib.
Onun sözlərinə görə, hazırda dünyada 30 milyon insan təcili humanitar yardıma möhtacdır. Buna görə də koronavirus pandemiyası bitəndən sonra yeni dünya nizamında üstünlük qida və kənd təsərrüfatına veriləcək.
Ən kritik yerlər - Yəmən, Əfqanıstan və Cənubi Sudan
Koronavirus pandemiyası ilə birgə "2020 Qlobal Qida Böhranı Hesabatı"nın ciddi şəkildə dünya gündəminə oturduğunu vurğulayan Elver sənədin ilk 1-2 səhifəsində pandemiyadan əvvəl qıtlıqla bağlı proqnozların yazıldığını, pandemiyadan sonra bu rəqəmlərin 100% artacağı ehtimalı üzərində dayandığını bildirib: "Lakin bu, sadəcə ehtimaldır. Sənəddə qida böhranı məsələsində ən kritik ölkələrin Yəmən, Əfqanıstan, Cənubi Sudan, Şimali Nigeriya, Suriya, Venesuela, Zimbabve olduğu qeyd edilib. Buna əsasən, Afrika qitəsində 77 milyon, Yaxın Şərqdə 25 milyon insan qida böhranı ilə qarşılaşacaq.
Bu il 365 milyon insan qıtlığın sərhədində olacaq. 821 milyon nəfər isə hələ də xroniki aclıqdan əziyyət çəkir. Qida böhranı fenomeni qlobal şəkildə həll olunmamalıdır. Bu problemlə qarşılaşan ölkələr ya müharibədədir, ya da ciddi iqlim böhranında. Və ya iqtisadi embarqodan əziyyət çəkirlər. Bu ölkələrin öz imkanları ilə vəziyyəti düzəltmələri müzakirə mövzusu belə deyil. Dolayısı ilə humanitar yardım sisteminə müraciət etməliyik. Bu çərçivədə 30 milyon insana yardım etmək üçün 8 milyard dollara ehtiyac var".
Aclıq pandemiyası
Professor bildirib ki, ABŞ, Çin, Rusiya kimi donor ölkələr təcili bu ölkələrə yardım etməlidir: "Ümumdünya Ərzaq Proqramının başındakı direktorun "İncil"də gördüyümüz qıtlığa bənzəyir və II Dünya müharibəsindən sonra belə bir şey görmədik" deməsi durumun nə qədər pis olduğunu göstərir".
Ötən həftə yayımlanan "2020 Qlobal Qida Böhranı Hesabatı"na görə, dünyada 135 milyon insan kəskin qida etibarsızlığı ilə qarşı-qarşıyadır. Bu insanların yarısından çox Afrikada, 43 milyonu Yaxın Şərq və Asiyada, 18,5 milyonu Latın Amerikası, Karibdə yaşayır. Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli 36 ölkənin qıtlıq epidemiyası təhlükəsində olduğunu bildirib.
Zümrüd

Dünya       Tarix: 29 aprel 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler azerbaycan son xeber bugun cəbhədən şad xəbər cəbhədən video