"Papanin" və "Kubinka"da narkotik satanlar tutuldu - VİDEO
Ötən gecə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Papanin" və "Kubinka" kimi tanınan ərazilərində, eləcə də, Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib, narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 nəfər tutulub.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub.
Ətrafında aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı toplanan materiallar Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Adları çəkilən şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyatlar davam etdirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır