Papikyan baş qərargah rəisinin "qələmini qırdı"
Cəmi 3-4 gün əvvəl Ermənistanın müdafiə naziri təyin olunan Suren Papikyan özünə rəqib gördüyü şəxsləri nazirlikdən uzaqlaşdırmaqla bağlı planlar qurmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Joxovurd" nəşri məlumat yayıb.
Bildirilir ki, Papikyan ilk olaraq Ermənistanın baş qərargah rəisi Artak Davtyanı əvəzləməyi düşünür. Yazıda vurğulanır ki, yeni nazir artıq baş qərargah rəisi postu ilə bağlı kadr axtarışına çıxıb. Bildirilir ki, Papikyan sələflərindən fərqli olaraq müdafiə nazirliyində bütün səlahiyyətləri öz əlində cəmləşdirməkdə israrlıdır:
"Hazırkı baş qərargah rəisi Artak Davtyanın çıxarılması ilə bağlı siyasi qərar var. Lakin Papikyan hələ ki, tələsmir. Davtyanın çıxarılmasının 2 səbəbi var. Birincisi, silahlı qüvvələrin döyüş qabiliyyətinin səviyyəsi çox aşağıdır. İkincisi, nazirlikdə təşkilatçılıq səviyyəsi qənaətbəxş deyil. Hətta Davtyanın son hadisələrə görə məsuliyyətdən yayına bilməyəcəyi, həbs olunacağı vurğulanır. Artıq bununla bağlı siyasi qərar da verilib".
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi