Paraşütlə səyahətlər turistlərin marağında: Bəs təhlükəsizlik? - ARAŞDIRMA + FOTO

Paraşütlə səyahətlər turistlərin marağında: Bəs təhlükəsizlik? - ARAŞDIRMA + FOTOParaşütlə səyahətlər turistlərin marağında: Bəs təhlükəsizlik? - ARAŞDIRMA + FOTO
Azərbaycanda son zamanlar turistlər üçün yamac paraşütü xidmətləri təklif edənlər və buna maraq göstərənlər diqqət cəlb edir. Hava idmanının bu növü maraqlı olduğu qədər də təhlükəlidir.
Qeyd edək ki, yamac paraşütü xüsusi uçuş zolağı və ya təyyarə tələb etməyən, tamamilə küləklə müşayiət olunan idman növüdür. Daha çox ingiliscə adı ilə yəni, "paragliding" (paraplan) olaraq tanınan yamac paraşütü 1980-ci illərin əvvəllərində hava idmanı ilə maraqlanan insanlar tərəfindən icad edilib. Yamac paraşütü dedikdə, insanların ağlına adətən, təyyarədən və ya helikopterdən tullanmaq gəlir. Amma yamac paraşütündə təyyarəyə ehtiyac yoxdur. Pilotun da köməyi ilə, dağlardan və ya yüksək yamaclardan müəyyən sürət yığaraq, tullanıb, uçuşa başlamaq olar.
Maraqlıdır, Azərbaycanda yamac paraşütünün inkişafı üçün hansı imkanlar var? Bu sahəni turizmin bir növü kimi necə inkişaf etdirmək olar?
Bu barədə Oxu.Az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, ölkəmizdə turizm inkişaf etdikcə yeni turizm növləri də populyarlaşır və paraşüt turizminə maraq da artır. Ekspertin fikrincə, bununla bağlı regionlarda imkanlar mövcuddur:
Paraşütlə səyahətlər turistlərin marağında: Bəs təhlükəsizlik? - ARAŞDIRMA + FOTO"Sırf dağlıq rayonlarda paraşütlə hava gəzintisi mümkündür. Məsələn, Zaqatala, Balakən, Şahdağ, Qəbələ, İsmayıllı kimi zonalarda bunu həyata keçirmək əlverişlidir. Avropa ölkələrində, qardaş Türkiyədə, digər qonşu dövlətlərdə yamac paraşütü ekstremal idman növü, eyni zamanda turizm sahəsi kimi çox populyardır və turistlər tərəfindən maraqla qarşılanır. Düşünürəm ki, biz də bu seqmentdən istifadə edərək, əcnəbi turistləri cəlb edə bilərik. Lakin qeyd etdiyim kimi, ekstremal turizm olduğu üçün burada təhlükəsizlik məsələləri mütləq şəkildə nəzərdən keçirilməlidir. Yamac paraşütü ilə məşğul olan təcrübəli mütəxəssislər dəvət olunmalıdırlar. Həm yerli, həm əcnəbi mütəxəssislərin həmin zonalarda fəaliyyət göstərən personala təlimlər keçməsi, mütəmadi məlumatlandırması təmin olunmalıdır. Beləliklə, yamac paraşütü ilə gəzintini turizmin bir növü kimi genişləndirib, yaymaq mümkündür".
Paraşütlə səyahətlər turistlərin marağında: Bəs təhlükəsizlik? - ARAŞDIRMA + FOTOQiymətlərə gəlincə, G.Qəhrəmanov düşünür ki, yeni sahə olduğuna görə, rəqabət formalaşdıqca, bazar özü qiymətləri tənzimləyəcək:
"Turistlər üçün təklif edilən bu xidmətlə əlaqədar hotellərdə gecələmə, istirahət mərkəzlərini ziyarət məsələsi də gündəmə gəlir. Əslində Azərbaycanda hər təbəqəyə, hər büdcəyə uyğun hotellər var. Xüsusilə, paytaxtda hotellərin sayı baxımından çətinliyimiz yoxdur. Buna baxmayaraq, regionlarda hotellərin sayı azdır. Ümid edirik ki, sahibkarlar zamanla maraq göstərəcəklər və regionlara da üz tutaraq orada yeni hotellərin açılmasına investisiya yatıracaqlar. Bu kimi məqamlar, ekstremal turistik idman növlərinin, o cümlədən yamac paraşütü, balonlarla uçuş kimi sahələrin inkişafına gətirib çıxara bilər.
Regionlarda turizmin inkişafı üçün nəqliyyat infrastrukturunun da yaxşılaşdırılması vacibdir. Məsələn, yerli turizm şirkətlərinin bir çoxu Qəbələ istiqamətinə qatarla turizm paketləri təklif edirlər. Bu, çox yaxşı haldır. Ümid edirik ki, yaxın zamanlarda rayonlarımızın hamısına sürətli qatarlarla səfərlər təşkil ediləcək.
Bütün bunlar, bölgələrimizə turistlərin cəlb edilməsinə, yamac paraşütü, balonlarla səyahət, ekstremal idman növləri, dağ gəzintisi, düşərgə səyahətləri, alpinizm kimi maraq cəlb edən sahələrin inkişafına müsbət təsir göstərəcək".
Yamac paraşütü pilotu Fərhad Davidov isə açıqlamasında bu idman növünün hazırda ən sürətli inkişaf edən sahələrdən biri olduğunu söyləyib. Pilot xatırladıb ki, son illər Azərbaycanda da ekstremal idmanlara maraq artmaqdadır:
Paraşütlə səyahətlər turistlərin marağında: Bəs təhlükəsizlik? - ARAŞDIRMA + FOTO"Azərbaycan, yamac paraşütü idman növü üçün əlverişli ölkələrdən biri hesab olunur. Səbəb isə ölkə ərazisində geniş dağ relyefinin və hündürlüklərin olmasıdır. Hazırda Beşbarmaq tarix və mədəniyyət qoruğu, Şahdağ turizm mərkəzi və Qubanın bir neçə kəndlərində aktiv olaraq, paraşüt uçuşları həyata keçirilir.
Yamac paraşütü idman növü ölkəmizdə yeni idman növü kimi fəaliyyət göstərdiyi üçün, bu idman növünün inkişafı hələ ki, daha çox yamac paraşütü pilotlarının üzərinə düşür. Bu səbəbdən, keçən ilin əvvəli pilotlar öz səyləri nəticəsində "Yamac Paraşütü" İctimai Birliyini qurdular. Birliyin qurulma səbəbi idmanın inkişafı, yeni pilotların yetişdirilməsi, ölkə turizminə dəstək və yarana biləcək təhlükələrin qarşısını almaqdan ibarətdir. Ümid edirik ki, yaxın zamanda yamac paraşütü idman növü kimi bizim ölkədə qəbul ediləcək və daha sürətli inkişaf üçün xüsusi federasiya qurulacaq".
Paraşütlə səyahətlər turistlərin marağında: Bəs təhlükəsizlik? - ARAŞDIRMA + FOTOF.Davidovun sözlərinə görə, yamac paraşütü ilə məşğul olan pilotlar iki hissəyə ayrılır: onlar solo pilotlar yəni, tək nəfərlik fəaliyyət göstərənlər və tandem, izahla iki nəfərlik pilotlardır:
"Son illər bu idman növü yerli əhali arasında çox populyarlaşıb. Uşaqdan böyüyə hər kəs tandem uçuşlar üçün müraciət edirlər. Turizm şirkətlərinin dəstəyi ilə xarici qonaqlarımızın da sayı az deyil. Son zamanlar solo uçuş üçün gələn xarici pilotların da sayında artım müşahidə edirik.
Tandem - iki nəfərlik uçuşları həyata keçirmək üçün pilot müəyyən kursları keçməli, minimum iki il aktiv uçuşlarda iştirak etməli və "Yamac Paraşütü" İctimai Birliyinin razılığı ilə tandem uçuşlara başlamalıdır. Solo uçuşlardan fərqli olaraq, tandem uçuşların məsuliyyəti daha çoxdur. Tandem pilotu, ona müraciət edən sərnişini həm mənəvi olaraq uçuşa hazırlamalı, həm də təhlükəsiz şəkildə uçuşdan zövq almasını təmin etməlidir".
Aysel Aslan

Turizm       Tarix: 11 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberleri idman xeberleri bugünkü son xəbərlər apa.az xeberler