Paris-2024 Olimpiya oyunları tarixdə qara ləkə olaraq qalacaq: "Əsas mesaj LGBT-nin reklamı idi" — AÇIQLAMA

Paris-2024 Olimpiya oyunları tarixdə qara ləkə olaraq qalacaq: Xəbər verdiyimiz kimi, Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və yutub kanalından silinib. Buna səbəb Paris-2024 Olimpiya Oyunlarının açılışında Leonardo da Vinçinin məşhur "Sonuncu şam yeməyi" tablosunun parodiyası, səhnədə İsa və tərəfdarlarının LGBT fərdləri kimi təsvir olunması olub. Belə ki, Vatikan başda olmaqla xristian icması təşkilatçıları dindarlara hörmətsizlikdə ittiham edib. 
Bəs, Fransa belə bir mühüm tədbirdə dünyaya hansı mesajı vermək istəyirdi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü, "azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı Fransanın əsl mahiyyətini bütün dünyaya göstərdi. 
Hacıbəy Heydərli qeyd edib ki, açılış mərasimində əsas məqsəd və mesaj LGBT-nin təşkilatının reklamı idi:
"Olimpiya Oyunları dünyanın ən məşhur idman yarışıdır. Fransa illərlə iztirab çəkdirdiyi xalqlara göstərdiyi münasibəti Paris 2024-ün açılışında bütün dünyaya nümayiş etdirmiş oldu. Fransa tarixdə hər zaman müsəlmanlara qarşı soyqırım törədən bir ölkə kimi tanınıb. Amma bunlar mahiyyətlərini o qədər aşıblar ki, açılış mərasimində artıq xristian dünyasını da, hətta İsa peyğəmbəri də təhqir etdilər. 
Bu, təsadüf ola bilməz. Çünki Olimpiya oyunlarının təyinatı və harada keçiriləcəyi ilə bağlı 10-12 ildən əvvəldən ölkələrə lisenziya verilir. Demək ki, Fransa da illər ərzində açılışa bu cür hazırlaşıb. Bu formada dünyaya özlərinin vandallığını, təkcə müsəlmanlara qarşı deyil, həm də xristianlara qarşı olan aqressiyalarını göstərdilər.  
Olimpiya oyunlarını  rəsmi səhifəsinin bu videonu silməsi heç də təadüfi deyil. Onlar da əslində, Fransanın bu addımını gözləməyiblər. Amma belə bir addım atılandan sonra Beynəlxalq Olimpiya Komitəsinin bu videonu silməsi və daha sonra Fransanın da üzrxahlıq etməsi hər şeyi sübut edir. 
Fransa əlində imkan olsa, təkcə müsəlmanları deyil, hər kəsi əzməyə hazır olan vandal bir ölkədir. Paris-2024 Olimpiya oyunları tarixində qara bir ləkə olaraq qalacaq. Çünki Olimpiya oyunları insanları sülhə çağıran bir oyundur. Hətta, İkinci Dünya müharibəsində belə Olimpiya oyunları olanda hər zaman müharibələr dayanırdı, ölkələr bir-birinə qarşı aqressiyaları dayandırırdı. 
Orada elə idmançılar vardı ki, xüsusən, Əlcəzairdən olan idmançılar hicabla yarışlara qatılmalı idilər. Amma Fransa buna qadağa qoymuşdu. Orda əsas LGBT təşkilatının reklamını gördüm. Onsuz Fransa da bu, həyat tərzinə çevrilib. Hətta azyaşlı uşaqları LGBT üzvü kimi dünyaya göstərdilər. Bu, artıq birbaşa insan haqlarının pozulmasıdır. Azyaşlı uşaqları bu formada göstərmək bir növ artıq təbliğatın ən çirkin yolunu seçməkdir. 
Xristian dünyasının bu formada təhqir olunması Fransanın öz imperialist fikirlərini yaymaq, bəlkə də xristian dövlətlərini də əzmək istəyindən irəli gəlir. Xristian dinində də əslində cinsi azlıqlar hər zaman qınanılır. Belə olan halda Fransanın bu addımı atması həm LGBT-nin dəstəyini almaq, eyni zamanda, dünyada özü üçün yeni bir dırnaqarası dəyərlər ortaya qoymaq istəyindən doğur.

Sosial       Tarix: 29 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son.xabar xeber.az bu gun xeber.az