"Paris artıq sevgi, romantika deyil, kin, qorxu və nifrət şəhəridir" - Fərid Şahbazlı

Fərid Şahbazlı,
Siyasi şərhçi
Olimpiada miqyasına görə ən böyük idman bayramıdır. Olimpiada dostluq, birlik, həmrəylik və barış aksiyasıdır. Bu mənada on minlərlə idmançının müxtəlif idman növləri üzrə mübarizə apardığı bu böyük idman bayramına siyasi nifrət qatmaq, onun tribunasından irqi, dini ayrı-seçkilik təbliğ etmək əlbəttə ki, yolverilməzdir. 
Lakin iyulun 26-da Parisdə başlanan sayca XXXIII Yay Olimpiya Oyunları elə ilk gündən göstərdi ki, bu heç də belə deyil. Bir-birinin ardınca baş verən təxribatlar Olimpiadanın "dadını-duzunu" hələ başlamamış qaçırıb. 
Nə baş verir?
Olimpiya oyunlarının keçirildiyi şəhərlərdən mühacirlərin zorla çıxarılması, bütün Fransa boyu yayılan kütləvi qarətlər (Argentina milli komandası, məşhur braziliyalı veteran-futbolçu Ziko və digərlərinin qarət olunması), zorlanma halları (avstraliyalı qadın zorakılığa məruz qalıb), nəqliyyatda xaos, xüsusilə sürət qatarlarının hərəkətinin dayandırılması, "EuroAirport" hava limanının bağlanması, açılış mərasimində İsa peyğəmbərin təhqiramiz formada təqdim olunmasında satanizm elementləri, LGBT-nin aqressiv təbliği və s. beynəlxalq ictimaiyyəti əməlli başlı hiddətləndirib. Təsadüfi deyil ki, məşhur "Guardian" qəzetinin köşə yazarı Olimpiadanın açılış mərasimini haqlı olaraq "zəhərli tamaşa" adlandırıb. 
Bütün bunlar azmış kimi, oyunların açılış mərasimini translyasiya edən yerli "Fr2" telekanalının aparıcısı Azərbaycan və Ermənistan idmançılarının keçidi zamanı təxribatçı ifadələr səsləndirilib. O, Ermənistanı "dost, tarixən fransızların qəlbinə yaxın olan ölkə" adlandırararaq, ""Dağlıq Qarabağ"ın süqutundan bir il ötdü" deyərək, az qala dəsmal götürüb ağlayacaqdı. Azərbaycan komandasının keçidi zamanı isə bu aparıcı ölkəmizi "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" kimi təqdim edib. 
Əlbəttə ki, burada qəribə və qeyri-adi heç nə yoxdur. Son illərin hadisələri deməyə əsas verir ki, köhnə və "təcrübəli" müstəmləkəçi Fransadan bundan artıq nəsə gözləmək sadəlövhlük olar. Lakin Olimpiada kimi böyük bir idman tədbirinin siyasi manipulyasiyalar arenasına çevirmək əlbəttə ki, yolverilməzdir. Olimpiya idman prinsiplərinin kobudcasına pozulmasına görə yəqin ki, Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcək. Bundan əlavə, rəsmi Bakı diplomatik kanallarla Parisə də etiraz bildirə bilər
Bəli, Paris artıq "sevgi, moda, arzular və romantika şəhəri" deyil, sadəcə dünyaya kin, qorxu və nifrət püskürən Makron Fransasının paytaxtıdır. / azxeber.com

Sosial       Tarix: 27 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gun cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe valyuta mezennesi 2026