Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Fransa –Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi konsert proqramı ilə anılıb.
AZƏRTAC xəbər verir ki, Parisin 1-ci rayonunda təşkil olunmuş konsertdə musiqi və incəsənət, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsertdə gənc azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə və skripkaçı Surə Rüfət Azərbaycan və klassik bəstəkarların musiqilərini səsləndiriblər. Onlar İ. S. Bax, K. Debüsi, F. Kreisler və B. Dvarionas kimi klassik bəstəkarlarla yanaşı, Qara Qarayev, Arif Məlikov və Azər Dadaşovun bəstələrini də ifa ediblər.
Azərbaycanlı gənc və istedadlı musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, pianoçu E. Ələkbərzadə və skripkaçı Surə Rüfət milli və beynəlxalq səviyyələrdə keçirilmiş müsabiqələrdə iştirak ediblər. Onlar Beynəlxalq müsabiqələr laureatıdırlar. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR