"Parlamentdə oturmaq vaxt itkisidir. Əgər ev-eşik, var-dövlət hayında deyillərsə"

"Hər kəs öz yolunu özü seçir deyə, demək olmaz ki, sənətçilərimiz niyə Türkiyədəki kimi siyasətə qatılıb öz namizədliklərini irəli sürmürlər. Vaxtında Zeynəb Xanlarova da deputat olub və parlamentdə oturub".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış ifaçı Akif İslamzadə deyib.O, Azərbaycanda parlament seçkiləri ərəfəsində sənətçilərin siyasətə qarışmamasından və öz namizədliklərini irəli sürməməsindən söz açıb.
Xatırladaq ki, mayın 14-də keçiriləcək prezident seçkilərində Türkiyənin bir sıra incəsənət xadimləri millət vəkili olmaq üçün öz namizədliklərini irəli sürüblər.
"O ki qaldı mənə, mən birincisi, yaşıma görə istəmirəm, ikincisi də lap cavan olsaydım belə, gedib orada oturmaq mənə vaxt öldürmək kimi gəlir. Əksinə, daha səmərəli işlə məşğul olardım.Çıxın, şəhərə sorğu aparın. Əgər qohumu, qonşusu və kəndlisi deyilsə, soruşduğunuz deputatların çoxunun adını bilməyəcəklər. Görün, kimsə tanıyacaq?!", – müğənni etiraz edib."Biz hələ sənətçilərin siyasətə qatılmağından söz açırıq. Təsəvvür edin ki, Mədəniyyət Nazirliyində məni – Akif İslamzadəni tanımadılar. Nazirlikdə məndən soruşdular ki, siz kimsiniz?Qısası, mənə görə, parlamentdə oturmaq vaxt itkisidir. Əgər ev-eşik, var-dövlət hayında deyillərsə, orada oturmağın mənası yoxdur", – əlavə edib.
A. İslamzadə söyləyib ki, nəinki Azərbaycanda, hətta dünyada tənəzzül gedir:"Siyasətlə məşğul olanların özlərinə diqqətlə fikir verin. Hamısının kompleksi var. Məsələn, Makron danışanda əzilib-büzülür, Bayden danışığını bilmir, sovet dönəmi liderləri də eynilə. Baydendən əvvəl olan prezident Tramp da deyib ki, qızımın yaxşı fiqurası var, amma heyf ki qızımdır. Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır. Bunların hamısı dünyanın özünün mənəviyyatsız və əxlaqsız olmasının göstəricisidirBiz Nuh peyğəmbərin dövründə bu halla qarşılaşdıq, bir də ki indi. Nuh peyğəmbərin dövründə rəbbimiz su ilə bizi imtahana çəkdi, indi də odla. Amma bəşər özünü doğrultmur".

Siyasi       Tarix: 09 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə azerbaycanda son xeberler ən son xəbər son xeberler bu gun