Parlamentdə QƏRİBƏ QƏRAR: bundan sonra qadınlar...
Türkiyə Böyük Millət Məclisi qadın işçilərinin geyimləri ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, TBMM-də çalışan qadınlara uzun jiletlər və geniş şalvarlar geyinmək tapşırılıb.
TBMM İdarəsi qadın işçilərə dar geyindikləri üçün əvvəlcə şifahi xəbərdarlıq edib. Daha sonra qadınlara geniş şalvar, köynək və jiletdən ibarət kostyumlar tikilib. Qadınlar geyimlərin çox bol olduğu üçün əyinlərində dayanmadığından şikayətlənir.
"Xüsusilə, çanaq bölgəmizin fiqurasını bildirməyəcək geyim tələb edirlər", - "BirGün" qəzetinə danışan parlament işçisi deyib.
CHP-li millət vəkili Alpay Antmen iddialarla bağlı TBMM-in sədri Mustafa Şəntopa sorğu göndərib. Sorğuda geyimlə bağlı narahatlıqların səbəbi soruşulub: "İddialar doğrudursa, fəlakətdir. İqtisadiyyatdakı mənfi gedişat, vətəndaşların işsizlik, yoxsulluq və korrupsiya problemi. İqtidarın isə fərqli dərdləri var. Həqiqətən də belə bir tələb varmı? Varsa, bunun səbəbi nədir?"
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək