Partlayışla bağlı cinayət işi açıldı
Aprelin 24-ü saat 19 radələrində Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə KONKRET.az-a Biləsuvar rayon prokurorluğundan bildirilib.
Məlumata görə, Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları hadisə baş verən əraziyə cəlb olunmaqla zəruri tədbirlər həyata keçirilir.
İlkin ehtimala görə partlayışa səbəb qaz sızması olub.
Hazırkı vaxtadək dağıntılar altında qalan 2 nəfər şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olan səhlənkarlıq) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti