Paşinyan açıqladı: Ən geci bir ay ərzində
TRIPP layihəsi çərçivəsində Meğri dəmir yolunun yenidən işə salınması, eləcə də Ermənistan boyu yeni nəqliyyat və infrastruktur əlaqələrinin yaradılması planlaşdırılır.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüş zamanı ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfərindən danışarkən bildirib.
O, mayın 26-da İrəvanda TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişinin paraflandığını xatırladıb.
"ABŞ Dövlət katibi Marko Rubio Ermənistana gəlib və xarici işlər naziri ilə birlikdə TRIPP layihəsinin icrası ilə bağlı çərçivə sazişini paraflayıb. Bu, ən geci bir aydan sonra yekunlaşdırılacaq", – Paşinyan deyib.
Onun sözlərinə görə, layihənin ən bariz komponentlərindən biri Meğri dəmir yolunun yenidən işə salınmasıdır:
"Meğri dəmir yolu yenidən açılacaq və ondan həm Azərbaycan Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirmək üçün, həm də Ermənistan ölkənin şimal və cənub hissələri arasında dəmir yolu əlaqəsi yaratmaq üçün istifadə edəcək. Bu gün cənubdan şimala, yəni Sünik hissəsinə dəmir yolumuz yoxdur".

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK