"Paşinyan artıq Qərb variantı ilə razılaşıb, Rusiyadakı görüş formal xarakter daşıyır" - Erməni mediası - FOTO

Paşinyan artıq Qərb variantı ilə razılaşıb, Rusiyadakı görüş formal xarakter daşıyır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazı dərc edib. Yazıda deyilir:
"Təxminən 20 gündür ki, Nikol-Əliyev-Qərb danışıqları masası üzərində olan və "sülh müqaviləsi" adlandırılan gizli və son dərəcə təhlükəli sənəd sızdırılır. Minlərlə media vasitəsi ilə bəyənmədiyi hər şeyi təkzib edən hakimiyyət bu sənədin bir sətrini belə təkzib etməyib, ona görə də bütün bunlar reallıqdır.
Sənədin delimitasiyadan başqa ən təhlükəli məqamı bir-birinin ərazi bütövlüyünün tanınmasıdır.
Sənəddə Qarabağ haqqında belə yazılır: "Azərbaycan hökuməti Qarabağın erməni etnik icması ilə işləmək üçün nümayəndə təyin edəcək və Qarabağ xalqının hüquq və təhlükəsizliyini müzakirə edəcək.
Nümayəndələr müzakirələrin beynəlxalq ictimaiyyət üçün şəffaf olmasını təmin edəcəklər. Tərəflər, həmçinin Azərbaycanın suverenliyinə xələl gətirməyən beynəlxalq müşahidəçilərin rolunu, eləcə də Qarabağdakı azlıq qrupunun müdafiəsinin təmin edilməsini birgə müzakirə edəcəklər".
Bu baxımdan, Qarabağ tamamilə Azərbaycana təhvil verilib. Əslində bu məsələ müzakirə olunmur, sadəcə olaraq deyilir ki, Qarabağ sakinləri rəsmi Bakıya görə, Azərbaycanın etnik azlığıdır.
Həm Əliyev, həm də Paşinyan bu rəsmi sənədi müzakirə edib qəbul etməyə tələsir: görünür, sonuncu daha çox tələsir. Çünki növbəti görüşün noyabrda deyil, oktyabrın sonunda keçirilməsini təklif edən o olub.
Lakin heç də hər şey o qədər də rəvan deyil. Rusiya təbii ki, bu danışıqlardan və sənəddən yaxşı xəbərdardır. Məhz Rusiyanın teleqram kanalları, görünür, erməni xalqından gizlin Paşinyan-Əliyev-Qərb sövdələşməsi barədə məlumat vermək üçün bunu məxfilikdən çıxarıblar. Lakin Ermənistan və Qarabağda bu təhlükəli danışıqlar sənədi ictimaiyyət tərəfindən tam laqeydliklə qarşılandı.
Rusiya mətbuatı yazır ki, böyük ehtimalla Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada görüşəcək və Rusiya Prezidenti Vladimir Putinin iştirakı və vasitəçiliyi ilə üçtərəfli danışıqlar aparacaq. Görüş Moskva və ya Soçidə, ola bilsin, oktyabrın 31-də baş tutacaq.
"Qarabağ bütövlükdə Azərbaycandır, nöqtə" olan bugünkü danışıqlar sənədi təbii ki, Rusiyanı qane etmir. Rusiya Federasiyasının öz maraqları var ki, bu da hazırda Ermənistanın və xüsusilə Qarabağ xalqının maraqları ilə üst-üstə düşür. Rusiya Qarabağın təhlükəsizliyinin təminatçısıdır və "sülh müqaviləsi" adı altında yekun təslim olduqdan sonra Rusiya Federasiyası Qarabağdan qoşunlarını çıxarmalıdır. Rusiya Prezidentinin vasitəçiliyi ilə təşkil olunan görüşə bu kontekstdən baxmaq lazımdır.
Ola bilsin ki, Rusiya bir daha sülh müqaviləsinin öz versiyasını təqdim edəcək, müxtəlif məlumatlara görə, bu, Qərbdən fərqli olaraq daha az itki ilə muşahidə olunan sənəddir.
Təbii ki, həm Paşinyan, həm də Əliyev Rusiya Federasiyasının prezidenti ilə görüşə gedəcək, orada iştirak edəcək, amma çox şey dəyişməyəcək. Çünki onlar artıq Praqada razılığa gəliblər və Nikol Paşinyan özü xahiş edir ki, hər şeyi mümkün qədər tez sona çatdırsınlar.
Sonra tərəflər Brüsselə gedəcək və bir-birinin ərazi bütövlüyünün tanınması haqqında saziş imzalayacaqlar. Təbii ki, orada heç kim Qarabağ xalqının təhlükəsizliyi, hüquqları, öz müqəddəratını təyinetmə haqqında düşünmür, Paşinyandan tutmuş Qərb "boslarına" qədər heç kim. Onlar öz geosiyasi məsələlərini həll edirlər və bu, iztirablar xalqlarımızın qanı bahasına olacaq.
Qarabağın təslim olmasından sonra Ermənistanın özünün hansı ərazilərinin "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində" təslim olacağı da məlum deyil. "Etibarlı mənbə" adı altında gizlənən Nikol Paşinyan öz qəzetində yazıb ki, Ermənistan ərazisinin xeyli azaldıldığı 1919-20-ci illərin xəritələri ilə bağlı danışıqlar gedir.
Beləliklə, "sülh" nəticəsində Ermənistan nəinki dönməz itkilərə məruz qalacaq, həm də xarici siyasət vektorunu Qərbə doğru dəyişəcək.
Bu, Ermənistanın KTMT-dəki fəaliyyətinin başa çatması, Ermənistanın AİB-dəki fəaliyyətinin dayandırılması, Ermənistandakı Rusiya hərbi bazalarına son qoyulması, bundan irəli gələn bütün təhlükəli nəticələr deməkdir.
Hamı başa düşür ki, bu gün Ermənistanın sərhədlərinin əhəmiyyətli bir hissəsi ruslar tərəfindən qorunur. Ermənistanın sadəcə olaraq, istər silah, istərsə də şəxsi heyət baxımından belə imkanı yoxdur.
Onu da xatırladaq ki, Nikol Paşinyan deputat kimi fəaliyyətə başladığı ilk gündən həm KTMT-yə, həm də AİB-ə qarşı çıxıb. Hətta bir neçə dəfə Ermənistanın bu təşkilatlardan çıxması ilə bağlı qanun layihələri təklif edib. Baş nazir olandan sonra o, rəsmi şəkildə əksini demək məcburiyyətində qalıb.
Lakin o, məqsədinə, daha doğrusu, onu ezam edən insanların qarşısına qoyduğu məqsədə çata bildi. Və bu məqsədlərə Qarabağı təslim etmək və Ermənistanın təhlükəsizliyini zəiflətmək bahasına nail olundu. O, heç nədə dayanmadı və axırda bu fəlakətə gəldik. Yaxın vaxtlarda, daha dəqiqi günlərdə daha bir fəlakət gözlənilir".
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 25 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbər ən son xəbərlər bugün dunyada son xeberler