Paşinyan Azərbaycanı aldatmaq istəyir - İLGİNC MÜSAHİBƏ

Paşinyan Azərbaycanı aldatmaq istəyir - İLGİNC MÜSAHİBƏ"Ermənistanın gerbində Ağrı dağının görüntüsü Türkiyəyə qarşı torpaq iddiasıdır"
1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyası ümummilli dəyərlərin mənbəyi kimi istinad edilən İstiqlaliyyət Bəyannaməsinə əsaslanır. Müstəqillik aktında isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi qeyd olunur. Lakin Vətən müharibəsindən sonra Nikol Paşinyan sələflərindən fərqli olaraq yeni reallıqla barışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Üstəlik, sülh gündəliyi fonunda ərazi iddiası normallaşma prosesinə ən böyük əngəl sayılır. Deməli, saziş imzalanacaqsa, Baş nazirin etirafı sözdə qalmamalı, ərazi iddiası ilə bağlı hissə Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Maraqlıdır, bəs rəsmi İrəvanın qərarı necə olacaq?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb:
– Paşinyan təxminən 1 il əvvəl Azərbaycanın 86.6 min kv.km ərazisini tanıdığını bəyan elədi və belə bir iddia irəli sürdü ki, ərazilərin qarşılıqlı tanınması prosesi baş verməlidir ki, sülh müqaviləsi imzalansın. Lakin Paşinyan ilk dəfə bu fikri səsləndirəndə Ermənistan cəmiyyətinin, xüsusən də müxalifətinin ciddi reaksiyası ilə üzləşdi. Çünki rəqibləri ona izah elədi ki, dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyırıqsa, deməli, Konstitusiyaya qarşı çıxırsan. Belə olan halda da Ermənistan Konstitusiyasına mütləq dəyişiklik edilməlidir. Yəni konstitusiyadakı müvafiq maddə nə qədər ki, qüvvədədir, Ermənistanın da Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası qüvvədədir. Digər tərəfdən, bu, bir nonsensdir ki, qonşu dövlətə ərazi iddiası ola-ola həmin dövlətlə sülh müqaviləsi imzalamaq təklifi irəli sürürsən. Təbii ki, bu, erməni riyakarlığından başqa bir şey deyil. Ona görə də əgər gələcəkdə sülh müqaviləsi imzalanacaqsa, hərçənd ki, bu, Azərbaycanın şərtləri daxilində mümkündür və Azərbaycan bununla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 baza prinsipi irəli sürüb, saziş də yalnız bu şərtlər daxilində imzalana bilər. Buna qədər də Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir. Eyni zamanda, Ermənistanın gerbində Ağrı dağının görüntüsü təsvir olunub ki, bu da Türkiyəyə qarşı torpaq iddiasıdır. Bu ölkə hətta Gürcüstana da ərazi iddiası irəli sürüb. Təsəvvür edin, bölgəyə sonradan gəlib məskunlaşan, Rusiya imperiyasının xeyir-duasıyla qondarma dövlət olan ölkə sərhədi olan bütün dövlətlərə ərazi iddiası irəli sürür.
– Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İkinci Qarabağ müharibəsindən sonra verdiyi açıqlamalarla, sanki ölkəsinin biabırçı məğlubiyyətdən nəticə çıxarıldığını izah etməyə çalışırdı. Sizcə, Ermənistan proseslərdən nəticə çıxarıb?
– Ter-Petrosyan hətta bildirmişdi ki, ölkəsinin gələcək faciələrdən qurtulması, ümumiyyətlə, dövlət olaraq mövcudluğunu qoruyub-saxlaması üçün "Dənizdən-dənizə Ermənistan" və ya "Böyük Ermənistan" xülyasından əl çəkməlidir. Həmçinin, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməli, Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanmalıdır ki, Ermənistan gələcəkdə daha böyük faciələrlə üz-üzə qalmasın. Təəssüflər olsun ki, onlar zaman-zaman, xüsusən də havadarlarının dəstəyi ilə hələ də revanşist fikirlərə düşürlər. Son hadisələr də deməyə əsas verir ki, onların sözləri ilə əməlləri üst-üstə düşmür və bu xam xəyallardan, xəstə təfəkkürdən əl çəkmək istəmirlər.
– Bəs Konstitusiyaya dəyişiklik edilsə, erməni ictimaiyyətinin, xüsusən də "Qarabağ klanı"nın, ümumiyyətlə, müxalifətin reaksiyası necə ola bilər?
– Paşinyan bu gün tam olaraq arxasını Qərbə çevirib. Bu gün Amerika Birləşmiş Ştatları rəsmilərinin verdiyi açıqlamalarda da Ermənistanın əbəs yerə demokratik dövlət olduğu vurğulanmır. Bu dəstək də Paşinyanı sövq edir ki, o, hakimiyyətini bir qədər də gücləndirsin, Rusiyanı bölgədən sıxışdırıb çıxarsın və gələcəkdə özünün gördüyü vizyonda qonşu dövlətlərlə münasibət qursun. Təbii ki, bu istiqamətdə də çox ciddi reaksiyalarla qarşılaşacaq. Çünki Ermənistan mahiyyət etibarilə kriminal rejimdir. Ermənistan müxalifətinin Paşinyana yönələn ittihamlarından biri də odur ki, demokratik yolla seçilən hökumət başçısı niyə bu qədər qorunur, ehtiyat edir? Xüsusilə də onun xarici xüsusi xidmət orqanları tərəfindən qorunduğu iddia edilir. Çünki Paşinyan gələcəkdə bu niyyətinə görə çox ciddi reaksiyalarla qarşılaşacağını proqnozlaşdırır və ona görə də qorxur. Eyni zamanda, onun da fərqindədir ki, bu addımlar atılmasa, yəni Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxmasa, nə Türkiyə, nə də Azərbaycanla münasibətləri normallaşdıra biləcək. Ona görə də Paşinyan bu addımları atmağa məhkumdur. Yəni Ermənistanı inkişaf etdirmək istəyirsə, mütləq bu islahatları həyata keçirməlidir.
– Bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsi imzalana bilərmi?
– Düzü, mən tezliklə sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Çünki xronologiyaya nəzər salanda da görürük ki, hələ 2021-ci ildə Paşinyan hökuməti bəyanatlar verirdi ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanacaq. 2022-ci ildə eynilə sülh müqaviləsinin imzalanması ilə bağlı anonslar verildi. Eləcə də 2023-cü ilin sonuna qədər ehtimallar irəli sürülür ki, sülh müqaviləsi imzalana bilər. Amma sazişin imzalanması üçün də bir çox şərtlər var və Azərbaycanın irəli sürdüyü şərtlər müqabilində sülh müqaviləsi imzalana bilər. Düşünürəm ki, bizim mövqeyimiz həm də ondan ibarət olmalıdır ki, zamanında 114 min kv.km ərazisi olan dövlət olmuşuqsa, Azərbaycan və Ermənistan 1991-ci ildə müstəqilliklərini bərpa edən zaman hər iki dövlət özünü 1918-1920-ci illərdə mövcud olan demokratik dövlətlərin siyasi varisi elan edibsə, deməli, həmin dövlətin ərazilərinin də siyasi varisləriyik və biz bu iddialarımızdan geri çəkilməməliyik. Zamanında Ermənistanın cəmi 9 min kv.km ərazisi olub. Zəngəzur, Göyçə, Dərələyəz və digər böyük ərazilər var ki, SSRİ dönəmində heç bir beynəlxalq norma və prinsiplərə əsaslanmadan kommunist rəhbərlərin verdiyi qərarlar əsasında ermənilərə verilib, Azərbaycan əraziləri qanunsuz olaraq özgəninkiləşdirilib. Ona görə də biz bu torpaqlara da iddialı olmalıyıq. Ən azından, həmin ərazilərdən qovulan soydaşlarımızın geri qayıtmaq hüququ tanınmalıdır. Yalnız bundan sonra Ermənistanla bu və ya digər formada münasibətlərin normallaşmasından söhbət gedə bilər.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 02 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son xəbər cəbhədən son durum axsam.az xeberler