ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLAR

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARABŞ vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın "Associated Press", "News Nation", "Fox News", ABC, CNN, "The Washington Post", PBS, "Forbes Breaking News", "C-Span" kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.
"The Washington Post" yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və Türkiyə ilə birləşdirəcək.
"Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi töhfəyə görə çox minnətdarıq", - deyə PBS Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı çıxışına istinadla qeyd edir.
"New York Post" yazır ki, mətbuata bəyanat zamanı vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLAR "Herald USA" bildirir ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, təhlükəsizlik, ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi formalaşdırır.
Bununla yanaşı, "Reuters"də dərc olunmuş "ABŞ və Azərbaycan Vensin səfəri çərçivəsində strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar" sərlövhəli yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin bu gün tamamilə yeni mərhələyə qədəm qoyduğunu deyib. Yazıya əsasən, Vens bildirib ki, ABŞ Azərbaycana ərazi sularını qorumaq üçün gəmilər göndərəcək. Vurğulanır ki, Xartiya ilk dəfə avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında danışıqlarda təqdim olunub.
Fransanın AFP agentliyi yazır ki, ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından öncə Vens Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Qeyd olunur ki, görüşdə Vens müqavilənin bu tərəfdaşlığı rəsmiləşdirəcəyini və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcəyini bildirib.
"Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik", - deyə yazıda Prezident İlham Əliyevin çıxışına istinad edilərək qeyd olunub.
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARSəfər Türkiyənin "Anadolu Agentliyi", "Hürriyet", "CNN Turk", "TRT Avaz", "Son dakika", "Dünya", "Haber Türk" media orqanlarında və bir sıra saytlarında geniş işıqlandırılıb. "Hürriyet"də dərc olunmuş "İmzalar atıldı. Azərbaycanla ABŞ arasında vacib anlaşma" başlıqlı yazıda bildirilir: "Birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib ki, dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir".
Rusiyanın TASS, "Komsomolskaya Pravda", RBK, "Interfax", "Russian Today", "lenta.ru" və digər informasiya agentlikləri ABŞ ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında saziş imzalamasına geniş yer veriblər.
"Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər",- deyə "RIA Novosti" yeni imzalanmış sənədə istinadən yazır.
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARAlmaniyanın "Deutsche Welle" saytında dərc olunmuş "Vens Azərbaycan və Ermənistanla aktiv şəkildə sövdələşmələr bağlayır" adlı yazıya əsasən, Vens Azərbaycanda bildirib ki, müqavilə iki ölkə arasında tərəfdaşlığı rəsmiləşdirəcək və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcək. Qeyd olunur ki, Vensin səfəri ABŞ-ın Cənubi Qafqazda təsirini genişləndirməyə çalışdığı bir zamanda gerçəkləşir.
Həmçinin İtaliya, Yaponiya, Rumıniya, Monteneqro, İran, Qazaxıstan, Ukrayna, Gürcüstan, Çin, Polşa, Bolqarıstan, Avstriya, Latın Amerikası ölkələri, ərəb ölkələri mediası Vensin Cənubi Qafqaz səfəri, imzalanmış sənədlər və bu əlaqələrin regional əməkdaşlıq üçün açdığı imkanlar barədə yazıb.
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLARABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir - FOTOLAR

Siyasi       Tarix: 12 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər