Paşinyan bir neçə meydanda "rəqs edir" – General
Ermənistan çox təhlükəli şəkildə oyun oynayır. Həm ABŞ, həm ATƏT, həm AB, həm Rusiya, həm Fransa, həm də İranla rəqs edir.
KONKRET.az xəbər verir ki, bi sözləri Ermənistanın Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutması ilə bağlı danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General rəsmi İrəvanın iki əsas məqsədinin olduğunu vurğulayıb:
"Ən son Soçi görüşündə tərəflər silahlı toqquşmalardan çəkinməklə danışıqlar yolu ilə problemləri həll etmək üçün növbəti dəfə razılığa gəldi. Lakin son 3-4 gündür ki, Kəlbəcər istiqamətində Azərbaycanın mövqeləri atəşə tutulur. Burada iki əsas məqsəd var: Birincisi, rus sülhməramlıların öz vəzifələrini yerinə yetirə bilmədiyini, regiondan kənar beynəlxalq qüvvələrin sərhədə yerləşdirilməsinə ehtiyac olduğu görüntüsünü yaratmaqdır. İkincisi, Azərbaycanı tələyə salmaq və ona işğalçı, təcavüzkar damğasının vurulmasına nail olmaqdır. Lakin bu çox təhlükəli bir rəqsdir. Ermənistanı idarə edənlər belə çoxtərəfli oyun oynamaq qabiliyyət və gücünə sahib deyil. Əhali aclıq içində çırpınır, ölkə kənardan gələn yardımlarla dolanır, ancaq ordunun silahlandırılmasından danışırlar. Azərbaycan Ordusu bütün təxribatların cavabını verəcək gucdədir. Qarşıdan Şanlı Qələbənin 2-ci ili gəlir. Türkiyə və Azərbaycan Ermənistanı sülhə çağırır. Ermənistan odla oynayır. Odla oynayanın da sonu həmişə odda yanmaq olur". Axar.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü