Paşinyan canlı yayımda rüsvay oldu - VİDEO

Paşinyan canlı yayımda rüsvay oldu - VİDEOErmənistanda Baş nazir Nikol Paşinyanla bağlı maraqlı videoçarx ortaya çıxıb və dərhal da geniş yayılıb. Videoçarx Paşinyanın canlı efirdən xalqa müraciətindən öncə məşq etdiyi zaman çəkilmiş 15 dəqiqəlik texniki kadrlardan ibarətdir.
Teleqraf.com Müsavat.com-a istinadla xəbər verir ki, həmin texniki kadrları İctimai Telekanalın məqsədli şəkildə, yəni "məxməri" baş naziri gözdən salmaq üçün yaydığı deyilir. Qeyd edək ki, telekanalın icraçı direktoru Marqarita Qriqoryan neçə vaxtdır Nikol Paşinyanla münaqişədədir.
İctimai TV-nin yaydığı materialda N.Paşinyan dəfələrlə öskürür, çıxışını məşq edir, butulkadan nəsə içir, həb qəbul edir və çəkiliş qrupunun üzvləri ilə söhbət edir. İnternet istifadəçiləri isə bu kadrlara musiqi və koronavirus görüntüləri əlavə edərək, baş nazirin özünün infeksiyanı yaydığı görüntüsü yaradıblar.
Texniki kadrların görüntülənməsi siyasi qalmaqala səbəb olub. Nikol Paşinyanın mətbuat katibi Mane Qriqoryan İctimai Telekanalın baş direktoruna müraciət edərək ondan "adekvat izahat" tələb edib. "Bu kadrlar efir üçün deyil", - deyə o, etirazını bildirib və qeyd edib ki, Baş nazirin Aparatının canlı efirin 15 dəqiqə tez başlaması haqda öncədən məlumatlı olmayıb.
"Bu yaramaz əməl onu sübut edir ki, Baş nazir hətta texniki baxımdan olsa belə, artıq efirdə olduğu haqda məlumatlandırılmayıb. Baş nazirin aparatı texniki məşqlə bağlı kadrların üzə çıxması ilə bağlı adekvat izahat gözləyir", – Mane Qriqoryan əlavə edib.
Ermənistan rəhbərinə yaxın telekanallar və KİV-lər isə hesab edir ki, bu vəziyyətdə qalmaqalın yeganə məntiqi sonluğu İctimai TV-nin rəhbərliyinin, özəlliklə də onun icraçı direktoru Marqarita Qriqoryanın istefası ola bilər. O da bildirilir ki, icraçı direktor uzun illər eks-prezident Serj Sərksiyana sədaqətlə qulluq edib və belə görünür ki, hələ də qulluq göstərməyə davam edir.
Bir şey aydındır: Ermənistandaxili siyasi çəkişmələr indi həm də hökumətin Erməni Apostol Kilsəsi ilə və bu günlərdə sabiq prezident Robert Köçəryana azadlıq istəyən katolikosla açıq konfrontasiyaya girdiyi zamana təsadüf edir. Belə bir məqamda Paşinyana qarşı mərkəzi dövlət televiziyasında özünü göstərən birbaşa təxribatlar baş nazirin proseslərə təsirinin zəifləməsi və ölkədəki situasiyaya getdikcə nəzarəti daha çox itirməsi kimi qiymətləndirilir.

/publika.az

Dünya       Tarix: 19 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal cəbhədən ən son xəbər cəbhədən canlı sou xeberler bugun